Bütün xəbərlər
“Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması prosesi gedəcək” - XİN
Tarix: 11-03-2022 22:15 | Bölmə: Siyasət

                     “Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması prosesi gedəcək”


"Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Orada atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar aradan qaldırılmalıdır".
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər.
“Qarabağda olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin, sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - deyə X.Xələfov qeyd edib.



Baxış sayı: 433


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib