Bütün xəbərlər
Mir Şahin "Real TV"dəki kobud səhvə görə Ukrayna xalqından üzr istədi - FOTO
Tarix: 09-03-2022 03:59 | Bölmə: Siyasət

           




Ötən gün “Real TV”nin xəbər lentində müxbir və titr redaktorunun diqqətsizliyi səbəbindən kobud səhvə yol verilib.
Yeniavaz.com 
xəbər verir ki, altbaşlıqda “Rusiyanın Ukraynaya müdaxiləsindən 12 gün ötür” yerinə “Ukraynanın Rusiyaya hərbi müdaxiləsindən 12 gün ötür” cümləsi efirə gedib.
“Real” Təhlil İnformasiya mərkəzinin direktoru Mir Şahin Ağayev yol verilən səhvə görə tamaşaçılardan üzr istəyib:
"Bu gün Real Tv-nin xəbər lentində müxbir və titr redaktorunun diqqətsizliyi səbəbindən səhvə yol verilib. Belə ki, altbaşlıqda “Rusiyanın Ukraynaya müdaxiləsindən 12 gün ötür” yerinə yanlış olaraq “Ukraynanın Rusiyaya hərbi müdaxiləsindən 12 gün ötür” cümləsi efirə gedib. Səhlənkarlıq və məsuliyyətsizliyə yol verməklə kanalın imicinə və tutduğumuz balanslı mövqeyə xələl yetirmiş əməkdaşlar cəzalandırılıb. Səhv aradan qaldırılıb! Yol verdiyimiz ciddi səhvə görə bütün tamaşaçılarımızdan, ilk növbədə Ukrayna Xalqından üzr istəyirəm! Bir daha bildirirəm ki, səhv qısa zamanda aradan qaldırılıb!"


               



Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib