Bütün xəbərlər
Azərbaycanda general işdən azad edildi
Tarix: 04-03-2022 21:26 | Bölmə: Siyasət

                   Azərbaycanda general işdən azad edildi



Respublika Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov işdən azad edilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Rasim Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər.



Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib