Bütün xəbərlər
Könül Nurullayeva: “Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni prioritetlər müəyyənləşib”
Tarix: 22-02-2022 13:31 | Bölmə: Siyasət


Azərbaycan Avropa ilə daha yaxın əlaqələrinin olmasını, Avropa isə sərhədlərində vəziyyətin sabit olmasını istəyir. Rəsmi Bakı İttifaqa daxil olan 10-dan artıq ölkə ilə strateji tərəfdaşdır və bu il Azərbaycan bir çox Avropa ölkələri ilə diplomatik münasibətlər qurmasının 30 illiyini qeyd edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra artıq Aİ ilə münasibərlərdə yeni prioritetlər müəyyənləşib. Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur. Prezident İlham Əliyevin Aİ-nin region üzrə xüsusi nümayəndəsi T.Klaar ilə görüşündə bu fikirlər bir daha qeyd olundu.
Ötən ilin dekabrında Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirakı çərçivəsində aparılan səmərəli danışıqlar, bu ilin fevralında Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının, eyni zamanda 2022-ci il fevralın 4-də Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüş keçirilməsi əlaqələrin şaxələndirilmiş xarakter aldığını bir daha təsdiqlədi. Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Müzakirələrin xarakteri göstərir ki, qarşı tərəf də ikitərəfli münasibətlərə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfə verməkdə israrlıdır. Bu məmnada Ş.Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın baş nazirinin də iştirakı ilə keçirilən görüş xüsusi əhəmiyyət daşıyır. Aİ-nin minaların təmizlənməsi prosesində Azərbaycana dəstəyi də təbii ki, təqdir olunur. Aİ-nin Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xətti ayrması əlaqələrin müsbət inkişafının göstəricisidir. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqlar da intensiv şəkildə aparılır və onun tez bir zamanda yekunlaşdırılması istiqamətində addımlar atılır.
Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın söylədiklərindən də aydın oldu ki, Azərbaycanın mühüm enerji layihəsinin həyata keçirilməsində liderliyi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu köhnə qitədə xüsusi qiymətləndirilir.



Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib