12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Mikayıl Cabbarovun birinci müavini təyin edildi
Tarix: 10-02-2022 20:38 | Bölmə: Siyasət

                    Mikayıl Cabbarovun birinci müavini təyin edildi



İqtisadiyyat naziri Mikayıl Cabbarova birinci müavin təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Elnur Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, E.Əliyev 2020-ci ildən iqtisadiyyat nazirinin müavini idi.
O, əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlayıb, 2005-2009-cu illərdə Nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib. 2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək Vergilər nazirinin müşaviri olub.



Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər