Bütün xəbərlər
Zelenski Lukaşenkonun da hədələrinə cavab verdi
Tarix: 08-02-2022 22:15 | Bölmə: Siyasət

                    Zelenski Lukaşenkonun da hədələrinə cavab verdi



Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti  Aleksandr Lukaşenkonun Kiyev və Moskva arasında müharibə başlayacağı təqdirdə Ukraynanı elektrik enerjisi və benzin tədarükünü kəsməklə bağlı hədələrinə münasibət bildirib.
"Qafqazinfo" Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bildirib: 
"Belarusdan olan bir yoldaş deyib ki, eskalasiya olarsa, elektrik enerjisinin verilməsini dayandıracaqlar. Xahiş etdim ki, mal mübadiləsi ilə bağlı mənə statistik məlumat verilsin. 6 milyard dollar. Bunun 1,5 milyard dollarını Ukrayna, 4,5 milyard dollarını Belarus ixrac edir". 
Zelenskinin sözlərinə görə, Belarus vəd etdiyi tədbirləri görsə, insanlar bundan əziyyət çəkəcək, ölkələr daş dövrünə qayıdacaq. Ukrayna Prezidenti buna qarşı cavab tədbirləri görəcəyini vəd edib.
Xatırladaq ki, Lukaşenko Vladimir Solovyova müsahibəsində demişdi: 
"Əgər Kiyev Moskva ilə hərbi qarşıdurmaya girərsə və Donbassda döyüş əməliyyatları aparmağa başlayarsa, o zaman Minsk Ukraynaya elektrik enerjisi və yanacaq-sürtkü materialları  tədarükünü dayandıracaq".
 



Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib