12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
“Poroşenkoya siyasi sığınacaq verməyə hazırıq” - Putin
Tarix: 08-02-2022 03:45 | Bölmə: Siyasət

                     “Poroşenkoya siyasi sığınacaq verməyə hazırıq”



Rusiya Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya humanitar səbəblərə siyasi sığınacaq verməyə hazırdır.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransanın dövlət başçısı Emmanuel Makronla görüşün yekunlarına dair birgə mətbuat konfransı zamanı deyib.
O, vaxtı ilə Poroşenkoya siyasi sığınacaq təklif etdiyini və indi də bunu etməyə hazır olduğunu dilə gətirib:
“İndi həmin Poroşenkonu xəyanətdə günahlandıraraq, onun Minsk razılamalarını imzalamasına eyham vururlar. Bəli, o, sazişləri imzalayıb, hə nə olsun? Bütün ölkə bunu qəbul edib. Bu, Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib. Mən deyəndə ki, “vaxt gələcək, biz sənə siyasi sığınacaq verməyə hazır olacağıq”, zarafat etmirdim. Poroşenko o zaman bu məsələyə rişxənd etdi. Ona görə yox ki, onun siyasətini biz çox bəyənirik və ya bəyənmişik, humanitar səbəblərə görə... Mən bilirdim ki, belə olacaq və belə də oldu”.


Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər