Bütün xəbərlər
Səfir İqor Dolqov: Prezidenti İlham Əliyevin Ukraynaya səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq
Tarix: 06-02-2022 21:21 | Bölmə: Siyasət


Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin 30-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin Ukraynaya səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında və daha da genişlənməsində çox mühüm rol oynayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında dostluq əlaqələrinin çox qədim tarixi var. Bu gün münasibətlərimiz yeni müstəvidə inkişaf edərək daha da genişlənib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu baxımdan da qətiyyətlə deyə bilərəm ki, Prezident İlham Əliyevin bu səfəri əməkdaşlığımızın daha da dərinləşməsində və möhkəmlənməsində olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin Ukraynaya səfəri zamanı Prezident Volodimir Zelenski ilə birgə apardığı danışıqlar, imzalanmış sənədlər bizim üçün geniş imkanlar açır.
Düşünürəm ki, hər iki tərəf bundan səmərəli istifadə edəcək və ölkələrimiz arasında əməkdaşlıq əlaqələri bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcək”, – deyə İqor Dolqov vurğulayıb.





Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib