Bütün xəbərlər
Səlim Müslümovun həbs müddəti uzadıldı
Tarix: 03-02-2022 22:35 | Bölmə: Siyasət

                     Səlim Müslümovun həbs müddəti uzadıldı


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs müddəti uzadılıb.
“Qafqazinfo”nun məlumatına görə, ötən həftə məhkəmə tərəfindən sabiq nazir barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və S.Müslümovun həbs müddəti daha 1 ay uzadılıb.
Qeyd edək ki, S. Müslümov 1 ildir ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.



Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib