Bütün xəbərlər
“Beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycanla bağlı mövqeyimiz dəyişməz olub”
Tarix: 03-02-2022 14:24 | Bölmə: Siyasət

                  “Beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycanla bağlı mövqeyimiz dəyişməz olub”


“Macarıstan hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.
“Beynəlxalq təzyiqlərə baxmayaraq, bizim bu mövqeyimiz dəyişməz və sabit olub”, - deyə macar nazir qeyd edib.
O vurğulayıb ki, ötən il Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 28% artıb: “Bu gün mənimlə birgə gələn nümayəndə heyətinin tərkibində 25 macar şirkəti təmsil olunur. Ötən il bu rəqəm 7-yə bərabər idi. Bu da son bir ildə Azərbaycana göstərilən marağın üç dəfədən çox artmasının bariz nümunəsidir”.




Peter Siyarto qeyd edib ki, onun Azərbaycana budəfəki səfərinin üç əsas məqsədi var: “Birincisi, biz ölkələr arasında investisiya münasibətlərinin yaxşılaşdırılmasını istəyərdik. İkincisi, Macarıstan şirkətlərinin Qarabağda bərpa işlərinin iştirakını təmin etmək. Macarıstan şirkətləri həm texniki, həm də maliyyə baxımından yenidənqurma işlərinə töhfə verməyə hazırdırlar. Bura təbii ki, Macarıstanın siyasi dəstəyi də daxildir. Enerji, nəqliyyat, kənd təsərrüfatı sahəsində bu ərazilərdə əməkdaşlıq üçün imkanlar var. Üçüncüsü isə, biz Macarıstanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində Macarıstan - Azərbaycan ikitərəfli əməkdaşlığının qurulmasının vacibliyini qeyd etmək istəyirik”.



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib