Bütün xəbərlər
Hafiz Məmmədov ev dustaqlığına buraxıldı
Tarix: 31-01-2022 20:42 | Bölmə: Siyasət

               Hafiz Məmmədov ev dustaqlığına buraxıldı


Yanvarın 27-də həbs edilən iş adamı Hafiz Məmmədov bu gün ev dustaqlığına buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun vəkilləri tərəfindən verilən vəsatət təmin olunub.
Qeyd edək ki, Hafiz Məmmədov vergi borcunu ödəmədiyinə görə həbs edilmişdi. Onun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilmişdi. 
Vəkillərinin sözlərinə görə, H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib. Hafiz Məmmədov vəkili vasitəsilə müraciət edərək ev dustaqlığına buraxılmasını xahiş etmişdi. Eyni zamanda, vergi borcunu da ödəməyə hazır olduğunu bildirmişdi.
Əldə etdiyimiz məlumata görə, Hafiz Məmmədov bu gün borcunun bir hissəsini ödədikdən sonra məhkəmə zalından azadlığa buraxılıb.



Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib