Bütün xəbərlər
“Azərbaycan qanunun və beynəlxalq hüququn aliliyini həmişə üstün tutur”
Tarix: 30-01-2022 17:39 | Bölmə: Siyasət

                   “Azərbaycan qanunun və beynəlxalq hüququn aliliyini həmişə üstün tutur”



"Biz iştirak etdiyimiz bütün təşkilatlarda məhz həmin təşkilatı gücləndirmək, habelə bu təşkilatın fəaliyyəti çərçivəsində öz milli mənafelərimizi maksimum təmin etmək üçün iştirak edirik".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.
“Hər bir beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan, bir də hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə də burada bütün ölkələrin mənafelərinin nəzərə alınması vacibdir. Bu səbəbdən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörməti mühüm prioritetlərdən biri hesab edirəm. Azərbaycan qanunun aliliyini və beynəlxalq hüququn aliliyini həmişə üstün tutur”, - deyə dövlətimizin başçısı vurğulayıb.



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib