Bütün xəbərlər
Lukaşenko özünü diktator adlandırdı - Video
Tarix: 28-01-2022 23:49 | Bölmə: Siyasət

                  Lukaşenko özünü diktator adlandırdı



Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə demokratiya ilə bağlı sualı cavablandırarkən zarafatla özünü diktator hesab etdiyini bildirib.
“Qafqazinfo” Belarus mediasına istinadən xəbər verir ki, o, belə bir bəyanatla xalqa müraciəti zamanı çıxış edib. 
“Mən diktatoram, demokratiyanı başa düşmək mənim üçün çətindir”, - deyə Lukaşenko bildirib. 
O qeyd edib ki, demokratiyanın ümumi qəbul edilmiş standartları mövcud deyil və o, ABŞ-ın bu məsələyə baxışını bölüşmür:
“Demokratiya xalqın hakimiyyətidir. Referendum demokratiyanın bir elementidir. Bunlar insanların hüquqlarıdır. Amma hüquqlar - və dərhal vəzifələr ... Və qanun çərçivəsində real azadlıq. Demokratiya həyatdan, xalqdan gəlməlidir”.

            



Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib