Bütün xəbərlər
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olundu - Fotolar
Tarix: 21-01-2022 13:44 | Bölmə: Siyasət

                  Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olundu



Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin əsasən 3 aydan bir təşkil edilən növbəti iclası Türkiyənin İzmir şəhərində keçirilib.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.
Qeyd edilib ki, TDBB-nin və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay iclasın gündəliyi barədə məlumat verib. Türk dövlətlərini təmsil edən şəhərlərin və birliklərin rəhbərlərinin təmsil olunduğu iclasda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi ehtiramla anılıb. Uğur İbrahim Altay 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın və bütövlükdə Türk Dünyasının tarixində yeni səhifə yazıldığını bildirib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, İdarə Heyətinin üzvü Təmraz Tağıyev 20 Yanvar hadisəsinin Türk Dünyasının heç zaman unudulmayan ən acı günlərindən biri olduğunu, ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən keçən ilin iyununda imzalanmış tarixi Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib.
İclasda TDBB tərəfindən birliyə üzv olan dost və qardaş ölkələrin, o cümlədən Azərbaycanın yerli özünüidarəetmə orqanları ilə birgə görülən işlər, eləcə də hazırda həyata keçirilən və yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyət sahələri, tədbirlər və layihələr geniş müzakirə olunub.








Baxış sayı: 464


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib