Bütün xəbərlər
Həbsdə olan icra başçısının cəzası azaldıldı
Tarix: 12-01-2022 14:02 | Bölmə: Siyasət

                Həbsdə olan icra başçısının cəzası azaldıldı


Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədovun cəzası azaldılıb.
"Qafqazinfo" xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Qərara əsasən, sabiq icra başçısının həbs müddəti 6 ilə endirilib.
Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
O, 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Xatırladaq ki, Qoca Səmədov səhhərindəki problemlərlə əlaqədar ötən ilin sentyabrında həbsdən buraxılmışdı. Ürək əməliyyatı keçirən sabiq icra başçısı daha sonra yenidən həbs edilmiş və ona hökm oxunmuşdu.




Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib