Bütün xəbərlər
“Nargindəki əsgərlərimiz Azərbaycan türkləri sayəsində həyatda qalıblar” - Hulusi Akar
Tarix: 09-01-2022 17:50 | Bölmə: Siyasət

                   “Nargindəki əsgərlərimiz Azərbaycan türkləri sayəsində həyatda qalıblar”


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, nazir çıxışında Azərbaycanın dəstəyindən söz açıb.
“Sarıqamış şəhidlərini yad etdiyimiz bu gündə Qafqaz cəbhəsində əsir düşən əsgərlərimizə Nargin adasında saxlanıldıqları zaman yardım əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarıq.
Nargindəki əsir düşərgəsində son dərəcə çətin şəraitdə həyat mübarizəsi aparan əsgərlərimiz Azərbaycan türklərinin yardımları sayəsində rahat nəfəs alıblar, həyatda qalıblar.
Tarixi prosesdə yaşanan fəlakətləri və çətinliklərə azərbaycanlı qardaşlarımızla necə bərabər sinə gərmişiksə, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və qürurda bərabər olmağa davam edəcəyik”, - H.Akar qeyd edib.
Nazir onu da əlavə edib ki, Türkiyə Azərbaycan və Liviya başda olmaqla, dost, qardaş və müttəfiq ölkələri dəstəkləyərək, NATO, BMT, Aİ və ATƏT missiyaları ilə birlikdə Qətər, Somali, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda dünyada sülhə töhfə verir.


Baxış sayı: 487


Bölməyə aid digər xəbərlər