Bütün xəbərlər
“Hökumət süqut etməyəcək” - Tokayev xalqa müraciət etdi
Tarix: 04-01-2022 23:34 | Bölmə: Siyasət

                 “Hökumət süqut etməyəcək”


Qazaxıstan Prezident Kasım-Jomart Tokayev xalqa müraciət edib. 
“Qafqazinfo”nun TASS Agentliyinə istinadən məlumatına görə, ölkədə keçirilən kütləvi etiraz aksiyaları fonunda dövlət başçısı əhaliyə üz tutub: “Hökumət süqut etməyəcək. Soydaşlarımızı tədbirli olmağa, vətəndaşları daxili və xarici təxribatlara uymamağa çağırıram”. 
Nümayişçilərin hərəkətlərini tamamilə qanunsuz adlandıran Prezident hazırda konflikt yox, qarşılıqlı etibar və dialoq lazım olduğunu bildirib. 
Qeyd edək ki, bir neçə saat əvvəl Tokayev  nümayişçilərə müraciət edərək onlardan sabitliyi bərpa etməyi xahiş etmişdi. Bildirmişdi ki, etirazçıların sosial-istisadi xarakterli tələblərinə sabah paytaxtda keçiriləcək toplantıda ayrıca baxılacaq.
Xatırladaq ki, daha əvvəl etirazlarla əlaqədar Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb. Etirazlardan sonra Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.



Baxış sayı: 577


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib