Bütün xəbərlər
2022-ci ildə Azərbaycan bu foruma sədrlik edəcək
Tarix: 27-12-2021 13:18 | Bölmə: Siyasət

                   2022-ci ildə Azərbaycan bu foruma sədrlik edəcək



“2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, ATƏT-in hərbi siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik çox məsuliyyətli işdir: “Həmçinin ölkəmizin bu mövzu ilə bağlı mövqeyinin çatdırılması və inkişaf etdirilməsi üçün çox əlverişli bir platformadır”.



Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib