Bütün xəbərlər
Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - Video
Tarix: 25-12-2021 15:59 | Bölmə: Siyasət

                   Yeni yaradılan Komando briqadasının komandiri kimdir?


Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.
“Qafqazinfo”nun məlumatına görə, açılış mərasimində polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib.
O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib.
Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini də elə Vətən müharibəsindən sonra alıb.
Elşən Sanayev Vətən müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 
Qusar rayonunda anadan olan Sanayev Elşən Tərlan oğlunun 45 yaşı var.
             



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər