Bütün xəbərlər
“Bir yumruq altında birləşib hər zaman vətənimizi qoruyaq” -İCTİMAİ BİRLİYİN SƏDRİNİN MÜNASİBƏTİ
Tarix: 24-12-2021 21:34 | Bölmə: Siyasət

                    



Dünya Azərbaycanlılarının Həmrəylik Günü çox gözəl gündür və Ulu Öndər bunu tam vaxtında təyin edib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

                       

İctimai Birliyin sədri vurğulayıb ki, 44 günlük müharibədə həmrəy olduq, bütün dünya azərbaycanlıları həmrəy oldu və Ali Baş Komandan, cənab İlham Əliyev başda olmaqla xalqımız qələbə çaldı, zəfər çaldı.
“Bütün dünyada yaşayan azərbaycanlıların birliyi, həmrəyliyi, xalqımızın Ali Baş Komandanın ətrafında birləşməsi, birliyi sayəsində biz bu qələbəyə nail olduq. Bəli, 44 günlük müharibədə Azərbaycan xalqı, Azərbaycan əsgəri öz sözünü dedi və qələb qazanıldı. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, şəfa diləyirik, tezliklə sağlamlıqlarına qovuşsunlar.
Mən Azərbaycan xalqına, hər bir azərbaycanlıya uğurlar diləyirəm, qarşıdan gələn bayram, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqımızı təbrik edirəm. Dünyada yaşayan bütün azərbaycanlılara möhkəm can sağlığı arzu edirəm və deyirəm ki, 50 milyon azərbaycanlının Prezidenti cənab İlham Əliyev var olsun. Bayrağımız həmişə yüksəklərdə dalğalansın, bir yumruq altında birləşib hər zaman vətənimizi qoruyaq”, deyə Mehriban Abdullayeva bildirib.


Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər