Bütün xəbərlər
Səlahiyyətlərinə xitam verilən hakimlərin adı məlum oldu - Foto
Tarix: 24-12-2021 19:40 | Bölmə: Siyasət

                  Səlahiyyətlərinə xitam verilən hakimlərin adı məlum oldu


Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.
Məhkəmə Hüquq-Şurasının dekabrın 20-də keçirilən iclasında vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildiyi açıqlanmışdı.
Həmin hakimlərin adlarını təqdim edirik:
1. Quliyev Vüqar Şahbaz oğlu – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
2. Xəlilov İlkin Ələkbər oğlu – Xaçmaz Rayon Məhkəməsinin hakimi
3. Hacıyev Pərviz Əhməd oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi
Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlunun öz ərizəsinə əsasən, səlahiyyətlərinə xitam verilib.


Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər