Bütün xəbərlər
“Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri” adlı kitab nəşr edilib
Tarix: 23-12-2021 00:05 | Bölmə: Siyasət


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən hazırlanan “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri” adlı kitab nəşr edilib.
İdeya müəllifi DQİDK-in sədri Mübariz Qurbanlı, baş redaktoru Aİİ rektoru Aqil Şirinovun olduğu kitab ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərləri haqqında söylədiyi fikirləri ehtiva edir. Nəşr Milli-mənəvi dəyərlər, Dinlərarası münasibətlər, Multikulturalizm, Tolerantlıq və 44 günlük Vətən müharibəsi sərlövhəli yarımbaşlıqlardan ibarətdir.
Qeyd edək ki, kitabda Azərbaycan dili ilə yanaşı, nümunənin türk, rus, ingilis, fars və ərəb dillərində tərcümələri də yer alıb.

Sabaha-inamla.az


Baxış sayı: 495


Bölməyə aid digər xəbərlər