Bütün xəbərlər
Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur
Tarix: 22-12-2021 13:44 | Bölmə: Siyasət

                   Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur


“Azərbaycanda bir nəfər də olsun məhkəmə sədri olan qadın yoxdur”. 
“Qafqazinfo” xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Azərbaycanda ailə münasibətləri” adlı tədbirdə deyib.
O qeyd edib ki, ölkədə digər bir problem isə xanım vəkillərin sayının 20 faizi keçməməsidir: “İranda və Türkiyədə xanım vəkillərin sayı 50 faizdən yuxarıdır. Bu, bizdə böyük bir problemdir. Bu sorğuya görə əsas problem maddi münasibətlərdir. Ailədə tək kişi işləyəndə maddi problemlər olacaq. Ər də, arvad da işləməlidir, ailəyə əlavə gəlir gəlməlidir. 
Qohum nikahları da problemdir. Bu, bizim genefondumuza mənfi təsir edir. Başqa problem isə dini nikahlardır. Zənnimcə, bu sahədə cəza tədbirləri gücləndirilməlidir. Rayonlarda bu hallar tez-tez baş verir. Nəticədə ailə dağılanda qadınlar heç nə ala bilmir. Bu sahədə hüquqi məsuliyyət genişləndirilməlidir”.



Baxış sayı: 462


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib