23:18 / 17-05-2025
Tualetdə gizli kameralar quraşdırıb
23:09 / 17-05-2025
Avtomobil 15 metrlik qayadan aşıb, bir nəfər ölüb
22:54 / 17-05-2025
Pilotsuz uçuş aparatları təhlükəsi elan edilib
22:48 / 17-05-2025
Fiqurlu konkisürənlər 2026-cı il Olimpiadasına vəsiqə qazanmağa icazə verməsini xahiş ediblər
22:35 / 17-05-2025
Peskov Trampın Putinə zəng etməyə hazır olduğunu təsdiqləyib
22:30 / 17-05-2025
Anapa sahilinin iki hissəsində yeni mazut emissiyaları aşkar edilib
22:27 / 17-05-2025
ABŞ-da tornado azı 20 nəfərin həyatına son qoyub
22:23 / 17-05-2025
Rosaviatsiya helikopterin Moskva vilayətində sərt enişini qəza adlandırıb
22:19 / 17-05-2025
Putin Taymir yarımadasında yeni hava limanının tikintisinə göstəriş verib
22:04 / 17-05-2025
İtaliya 2022-ci ildən bəri Ukraynaya 3 milyard avro dəyərində silah göndərib
19:12 / 17-05-2025
Vüqar Rəhimzadə: "Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir"
18:21 / 17-05-2025
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
15:54 / 17-05-2025
Treyler evində baş verən yanğında iki nəfər ölüb
15:50 / 17-05-2025
Zaxarova: "ukraynalılar NATO-nun onları xarici maraqlar dərəsinə itələməsinə imkan verməməlidir"
15:46 / 17-05-2025
Krıma Şimali Afrikadan gələn qumlu yağış yağıb
15:21 / 17-05-2025
Ərdoğan Albaniya sammitində Makronun barmağını tutdu
11:38 / 17-05-2025
Orban: "Ukrayna münaqişəsi Putin-Tramp görüşü olmadan həll edilə bilməz"
11:25 / 17-05-2025
Aygün Səmədzadəyə vəzifə verildi
11:21 / 17-05-2025
Corablarında 40 min dollarla tutulmuşdu - Azadlığa buraxıldı
11:16 / 17-05-2025
“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı
10:16 / 17-05-2025
"Reuters": ABŞ Türkiyə danışıqlarından sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
10:10 / 17-05-2025
İstintaq Komitəsi iki yeniyetmənin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı iş açıb
10:05 / 17-05-2025
Şeremetyevoda SVO döyüşçülərindən pul oğurlanması işi üzrə yeni müttəhimlər peyda ola bilər
10:02 / 17-05-2025
Moskvaya uçan təyyarə Novosibirskdə məcburi eniş edib
20:31 / 16-05-2025
Məhkəmə rüşvət almaqda şübhəli bilinən şəhər yol polisinin keçmiş rəisini həbs edib
20:28 / 16-05-2025
Ukrayna Timoşçuka qarşı Rusiya Silahlı Qüvvələrini maliyyələşdirməyə görə cinayət işi açıb
20:22 / 16-05-2025
Rumıniyada NATO-nun yük maşını aşıb, iki fransız əsgəri yaralanıb
20:16 / 16-05-2025
BCM-nin Baş Prokuroru təcavüz iddialarına görə işdən çıxarılıb
20:12 / 16-05-2025
Zavodda baş verən partlayışdan sonra dağıntılar altından kişi meyiti tapılıb
20:05 / 16-05-2025
Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin departamentinin direktor müavini həbs edilib
20:01 / 16-05-2025
Kosinyak-Kamış: "Qərb Rusiya ilə Ukrayna arasında münasibətlərin yaxşılaşacağından qorxur"
19:58 / 16-05-2025
Strijenova: "Motosiklet qəzasında dünyasını dəyişən aktrisa Zemlyanikina tələbələrin yanına tələsirdi"
19:53 / 16-05-2025
Zəhərlənmiş məktəblilərdə norovirus aşkar edilib
19:40 / 16-05-2025
"Arzu" mərasim evi-VİDEO+FOTOLAR
XALQA XİDMƏT EPOXASI GƏNCLİK VƏ MÜDRİKLİKLİYİN VƏHDƏTİNDƏ-Sadiq Qurbanov
Tarix: 22-12-2021 13:08 | Bölmə: Siyasət
Bu yazıma şərəfli bir ömür yolu keçmiş müxtəlif təbədülatlardan, keşmə-keşlərdən, təlatümlərdən keçmiş Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ömür səhifələrinin məna çalarlarına nəzər salmaqla başlamaq istəyirəm. O hazırda Müzəffər Ali Baş Komandan ünvanı daşıyan qalib sərkərdə və QALİB xalqın lideridir! Onun ömür yolunda bu ünvanı ona tarixi qələblərdən irəli gələn zərurət, eyni zamanda genetik amillər bəxş etmişdir.
Məsuliyyət аilədən başlayır desək yanılmarıq. Belə ki, bu atanın evin başçısı, ananın evin xanımı kimi, övladların isə övladlıq borcunun nədən ibarət olduğunu dərk etməsidir. Qeyd etdiyimiz bu ibtidai məsuliyyət cəmiyyətin bütün təbəqələrində və vəzifələrində görünənlərin məsuliyyətinə qədər əhatəli olur.
Dövlətçilikdə məsuliyyət anlayışı
Dövləti idarə edən rəhbərin məsuliyyəti isə millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada, siyasi məsuliyyətin ancaq güclü ağıldan, əhatəli zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərrə boyda incəliyi ilə tanış olmaq da mümkün olmaz. Yəni, siyasət-bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı kimi qoruyan siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olmuşdur.
İlham Əliyev məhz bu cür xarakterik xüsusiyyətlər malik dünya lideri olan Heydər Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan boyda bir məmləkətin ağırlığını öz çiyinlərində daşıyan Heydər Əliyevin ailəsində böyüyüb.
İlham Əliyev bu məsuliyyəti dərindən dərk edirdi. O, çıxışlarından birində deyir: fəxr edirəm ki, Heydər Əliyevin oğluyam. Mən bu duyğu ilə erkən yaşlarımdan yaşayıram və bu hiss mənim bütün ömrümdən keçib. Onun haqqında siyasətçi, şəxsiyyət, qeyri-adi qabiliyyətlərə, yüksək insani keyfiyyətlərə malik bir insan kimi çoxlu sayda kitablar, məqalələr, elmi araşdırmalar yazıblar. Amma məndən ötürü o, ilk növbədə, istəkli atadır, övladlarımın babasıdır. Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir və eyni zamanda böyük məsuliyyətdir. Məsuliyyət, ilk növbədə, ona görədir ki, onun adına layiq olasan. Mən uşaq yaşlarımdan anlayırdım ki, nə isə bir ədalətsizliyə yol versəm, və ya nəyi isə düz eləməsəm adamlar deyəcək: “Bunu Heydər Əliyevin oğlu törədib” Mənim yanlış hərəkətim mənim atama ünvanlanacaq. Amma mən buna heç zaman yol verə bilməzdim. Həmçinin mənim uğurlarım da Heydər Əliyevin adı ilə bağlıdır. Bəli mən həyatda nəyə nail olmuşamsa, bu, atamın mənə verdiyi tərbiyənin nəticəsidir. Heydər Əliyev qalibdir. O bütün zamanlarda qələbələr qazanıb və qazanır. Bunu hamı etiraf edir. Ancaq bəziləri heyrətə gəlib soruşurlar ki, o buna necə nail olur? Əlbəttdə, bu suala tamamilə müfəssəl cavab vermək olar. Amma belə bir müxtəsər cavab yerinə düşər: “Xeyirxahlıq həmişə qalib gəlir”. Heydər Əliyevin qələbəsi ədalətin və həqiqətin təntənəsidir. Həqiqət onun varlığında, təbiətində, naturasındadır”...“Heydər Əliyev xalqın, millətin lideridir, Azərbaycanın simasıdır. Bu gün də Azərbaycanın bir lider kimi ona ehtiyacı var, sabah da olacaqdır!”İlham Əliyevin fikirlərinə sözardı. Tarix sübut etdi ki, Azərbaycanın bu gün ehtiyacı olduğu lider məhz Ümummilli Liderin davamçısı İlham Əliyev özüdür!
İlham Əliyevin ailə mühitindən danışarkən anası körkəmli akademik Zərifə Əliyevanı xatırlamamaq mükün deyil. Zərifə xanım özü də böyük mənada ailə ənənələri olan körkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyümüşdür. Zərifə xanımın müdrik və nəcib ana obrazı İlham Əliyevin yetişməsində müstəsna rolu olmuşdur.
İlk ictimai mühit orta məktəb illəri
İlham Əliyevin özü orta məktəb illərini belə xatırlayır: “Mənim üçün 6 nömrəli məktəb doğma, əziz məktəbdir. Mən on il burada bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Hər bir insan kimi mənim üçün də məktəb illəri unudulmaz illərdir. Burada, məktəbdə mənə verdikləri biliklərə görə müəlimlərimə minətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram”
6 saylı məktəbin müəlliməsi Emma Kazımova Prezident İlham Əliyevin orta məktəb illərini belə xatırlayır: “ O, sinifin gözü idi, hər şeyi o dəqiqə başa düşən, enerjili qaynar təbiətli, ünsiyyətçil, həm də atasının yüksək mənsəbindən sui-istifadə edən bəzi uşaqlardan fərqli olaraq sadə və mehriban. Yaşıdlarından hündür, yaraşıqlı sinifdə hamı ilə dostluq edən , həssas eyni zamanda da bütün tapşırıqları məsuliyyətlə yerinə yetirən yaxşı şagrid təsəvvür edə bilirsinizmi? Bax bu İlham Əliyev idi”.
Maraq doğuran hadisə....
6 saylı məktəbin fizika müəllimi 10-cu sinifi bitirən İlham Əliyevə 4 qiyməti verdiyi üçün o qızıl medal ala bilmir. Həmin vaxtı o Azərbaycana rəhbərlik edən atası Heydər Əliyevə bu barədə heç bir şöz demir və aldığı bu qiyməti haqlı hesab etmişdir.
6 saylı məktəbin başqa bir müəllimi Lüdmila Konstantinovna İlham Əliyevi belə xatırlayır: “Mən İlham Əliyevə 1972-1977-ci illərdə tarix və ictimayyət fənlərindən dərs demişəm. Enerjili, son dərəcə diqqətli İlham Əliyev öz yaşıdlarından seçilirdi. O, sinifdə yaşca kiçik olsa da, oxumaqda hamını üstələyirdi. Tarixi mövzulara, tarixi hadisələrin axarına maraqla qulaq asardı”
Prezident İlham Əliyevin ali təhsili haqqında
“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada bu cür cavan yaşda tamami ilə fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Amma mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”.
İlham Əliyevin tələbə yoldaşı Teymur Yəhyayev Prezidentin tələbəlik illəri haqqında maraqlı xatirələrini paylaşır.
İlham Əliyev polemik söhbətlər zamanı əsbləşmir, tutarlı dəlillərlə əsaslanaraq opponetlərini başa salırdı. Yadımdadır ki, bir dəfə Volodya adlı bir tələbə yoldaşımız mədəniyyətcə bizdən irəlidə olduqlarını söylədi. Cavab kəskin də ola bilərdi. Mən onda İlham Əliyevin təmkininə heyran qaldım. Təhqiredici ifadəyə qarşı heç bir qəlbsındıran söz işlətməyərək, sadəcə tarixlərin müqayisəsini verdi. ”İqor polku haqqında dastan”la “Kitabi-Dədə Qorqud” dastanı əsr fərqlərini misal gətirdi, Xəqaninin, Məhsətinin, Moskva şəhəri ilə yaşıd Nizami Gəncəvinin adını çəkdi, şerlərindən parçalar söylədi. Diqqətlə qulaq asan Volodya işlətdiyi ifadəyə görə üzürhaqlıq əvəzi kimi, Nizaminin əsərlərini ona verməyini xahiş etdi. Sonralar həmin Vladimir Ştol xalqımızın dostuna, təəssübkeşinə çevrildi.
Moskva həyatı və ilk siyasi fəaliyyət
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun professor Yuri Dubinin:“O İnstitutu bitirəndən sonra siyasi işlə məşğul olmaq istəyirdi. Bunu özü bizə söyləmişdi. O zaman İnstitutda rayon komitəsi hüququna malik çox güclü, böyük partiya komitəsi fəaliyyət göstəriridi. İlham Əliyev bizim institun partiya komitəsində təlimatçı kimi fəaliyyətə başladı. O, işlərinə çox böyük məsuliyyətlə yanaşırdı. Çoxlu təşəbbüslər irəli sürürdü. Hiss olunurdu ki, siyasi işlər onun xoşuna gəlir. İlham Əliyev heç bir zaman bildirmirdi ki, o məhşur ailədəndir. Baxmayaraq ki, atası SSRİ boyda dövlətin rəhbərlərindən biri idi.
Təhsil ocağının sabiq rektoru İlham Əliyevin elmi rəhbəri Nikolay Lebedev: “ Gənc aspirant olan İlham Əliyevin namizədlik dissertasiyasının mövzusunu o dövr üçün bəlkədə qəribə saymaq olar. Qapalı və totalitar bir dövlət olan SSRİ-də əsas mesajı azad cəmiyyət olan İngilis liberalizmi barədə dissertasiya müdafiə etmək statndartlardan kənar görünürdü, İlham Əliyevin məhz belə bir mövzunu- Böyük Biritaniyanın Liberal Partiyası haqqında dissertasiya mövzusu götürdü. Mövzunu müstəqil seçən gənc İ.Əliyevin seçimi məni bir qədər təəcübləndirdi. Mən əvvəl bu mövzunun aktual olacağına əmin deyildim. Lakin aspirant məni seçiminin düzgünlüyünə inandıra bildi.
Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti
Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. 15 oktaybr 2003-cü il tarixində Prezident seçkilərində YAP Sədrinin birinci müavini, 26 mart 2005-ci il tarixdə keçirilən III Qurultayında isə yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır.Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm! 18 il əvvəl böyük dövlət adamı Heydər Əliyevin dilindən səsləndirilmiş bu fikirlər Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan ünvanını qızıl həriflərlə yazmış İlham Əliyev haqqında deyilməsi təsadüfi deyil.
Böyük siyasi xadim Heydər Əliyev siyasi varisi İlham Əliyev haqqında 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu sözlər təsadüfi deyilməmişdir.
Siyasi varislik, ata-oğul münasibəti dövlətçilik konteksində
İlham Əliyev: “Atam öz siyasi təcürbəsini adım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi”.
İlham Əliyevin müsahibəsindən
-“...Neçə dəfə eşitmişəm ki, arxamca deyirlər: “Onu atası qabağa çəkir”, yaxud “Heydər Əliyev Prezident olmasa , İlham bu naliyyəti əldə edə bilməzdi”. Belələrinə nə cavab verəsən? Bir neçə il əvvəl müsahibələrimin birində mən belə cavab vermişəm.
-Belə şayələr danışırlar ki, Heydər Əliyev öz oğlunu Prezidentliyə hazırlayır. Niyə də hazırlamasın? Hər ata istəyər ki, onun övladları əlçatmaz zirvələrə yüksəlsin. Bu, tamamailə normal arzudur. Prezident öz oğlunu elə tərbiyə etmişdir ki, o həyatda şəxsiyyət ola bilsin və xalqın rifahı naminə onun işini davam etdirsin. Əgər İlham Əliyev belə bir pilləyə qalxıbsa, deməli, atasının əməyi boşa getməyib. Bu da yenə onun siyasətidir.
Hər bir ölkə üçün hakimiyyət varisliyi çox aktualdır. Yaxşı məlumdur ki, sabitlik cəmiyyətin məqsədyönlü və dinamik vəziyyətinin rəhnidir. Bu tarix boyu dəfələrlə təsdiqini tapıb. Ona görə də Heydər Əliyevin öz xələfi barədə narahatçılıq keçirməsi təbiidir. Bundan əlavə, o öz xələfini əvvəlcədən haqırlamağa başlamışdır. Atam öz siyasi təcürbəsini adım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi.
Anacaq o əvvəlcə məni dinləyir, bəzən razılaşır, bəzəndə etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin rəsmi danışıqlarında iştirak edirdim. Adətən susur, baş verənləri əxz edirdim.
İndi mən tam əminəm ki, Heydər Əliyevin tutduğu yol Azərbaycanın uğurlu və təhlükəsiz inkişafının ən mühüm amildir. Təbii ki bu yol müəyyən düzəlişlərlə davam etdirilməlidir. Uzun illər və onilliklər boyu. Mən qətiyyətlə bunu gerçəkləşdirməyə çalışcam.
Varisliyin ən parlaq nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdikliyindən doğan uğurlu fəaliyyətidir.
İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq yanılmarıq. İlham Əliyev fenomeninin sirlərinə və onun siyasi potensialının gücünə bələd olmayan oppenetləri həmçinin xaricdə siyasi iştahını Cənubi Qafqaza salan güc mərkəzləri onun hakimiyyəti saxlaya bilməyərək iflasa uğrayacağı fikirini cəmiyyətə aşılamaq istəyirdilər. Təbii ki, bu onların gerçəkləşməyən arzuları idi.
Yeniliklərə doğru addımlar...
İlham Əliyev daima məmurlara sadə olmağa həmçinin vətəndaşların xidmətində dayanmağa təşviq etmiş, həmçinin vətəndaşlara yüksək xidmətin təmin olunması məqəsədi ilə əməli fəaliyyət göstərmişdir. Bu sırada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini “ASAN xidmət” mərkəzlərinin yaradılması şəffaflığın təmin olunması və vətəndaşlara yüksək xidmət göstərilməsi ilə bağlı ən gözəl nümunədir. Əvvəlcə paytaxtda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri artıq rayonlarda öz fəaliyyətini genişləndirməkdədir.
Əliyevin hakimiyyəti dönəmində təsadüfi deyil ki, ÜDM artım tendensiyasına görə Azərbaycan dünya ölkələri sırasında öncül yerlərdə qərar tutmuşdur. Onun hakimiyyəti dönəmində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat infrastrukturunun tərkib hissəsi olan transmilli layihələr icra edilməkdədir.
Əliyevin dönəmində “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini kosmosda uğurlu fəaliyyətinə nail olumaqla ölkəmiz dünyada az sayda orbitdə peyki olan ölkələr sırasına daxil olmuşdur.Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan ardıcıl addımlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almışdır. 27 sentaybr 2020-ci il əks həmlə əməliyyatından sonra isə Azərbaycan Ordusunun apardığı əməliyyatlar hərbi mərkəzlərdə öyrənilməyə başlamışdır. 30 illik işğala 44 gün ərizndə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz bu müharibədə MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN ünvanı qazandı. Bu ünvan ona Azərbaycan tarixinin son iki yüz ilində işğal edilmiş torpaqlarımızı düşməndən hərbi gücü ilə geri alan yeganə sərkərdə olaraq verilmişdir.
Vətən müharibəsi onun sərkərdəlik məharətin qabarıq şəkildə üzə çıxadı. Diplomatik gedişlər, açıqlamalar, görüşlər və xarici KİV-lərə verilən irimiqyaslı müsahibələr onun nə qədər bacarıqlı diplomat və siyasətçi olduğunu göstərdi. BMT-dən sonra dünyada ən böyük siyasi qurumu olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik müddətinin daha bir il artırılması onun qlobal liderlik səylərinə verilən yüksək dəyərdir.
Əliyevin tarixi qələbəsinin təntənəsi olan Azadlıq meydanında keçirilən ZƏFƏR paradı bu şanlı qələbənin ən gözəl təcəssümdür. Azərbaycan xaqlının qalib xalq kimi, böyük xalq kimi yaşamağa haqqı olduğunu söyləyən Əliyev Bakının mərkəzində yaratdığı “Qənimətlər Parkı” zəfər müjdəli Prezidentin qələbəsinin daha bir simvolu oldu.Bu tarixi qələbədən sonra cənab İlham Əliyev ölkəmizin inkişafında yeni quruculuq dönəminin başladığını elan etdi. Bu siyasəti prioritet istiqmətlərinə görə aşağıdakı kimi qruplaşdırmaq olar.
Turk dünyasına xidmət və türk dünyasının gücləndirilməsi.
Prezident İlham Əliyev: “XXI əsr türk dünyası əsri olacaq!”
İlham Əliyevin tələbə yoldaşı T.Yəhyayev: “ O, zamanlar (Sovetlər dönəmində) bizə düşmən obrazı kimi təqdim olunan Türkiyənin qardaş olduğunu İlham Əliyevin söhbətlərindən bilmişdim...”
Türk dilli dövlətlərin siyasi-iqtisadi və mədəni konteskdə birləşdirlməsi ideyasının kerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Məhz sözügedən qurumun təsis edilməsi ilə bağlı ilk toplantının da Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərində keçirilməsi də təsdüfi deyil. Yaxın tariximizə nəzər salaq 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğısıstan və Türkiyə dövlətlərinin iştirakı ilə tarixi bir addım atıldı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalandı. Türk dünyasının və türk xalqlarının inteqrasiyasının təmin olunmasında bu qurumun təsis edilməsi çox böyük addım oldu. Saziş Azərbaycan Respublikası Parlamenti tərəfindən təsdiq edilərək beynəlxalq müqavilə statusu qazandırıldı. «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında» Naxçıvan Sazişi preambula hissəsində birgə fəaliyyətin əsas aspektləri öz əksini tapır. Sənəddə qeyd edilir ki, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, Türkdilli dövlətlərin başçılarının Zirvə Toplantısında təsdiqini tapmış qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik ruhu, qarşılıqlı məsləhətləşmələr və ümumi inkişafa yönəlmiş niyyətlərdən çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına, o cümlədən suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, xoş qonşuluq və dostluq münasibətlərinin inkişafının qorunması və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə sadiqliklərini əsas tuturlar. Sənədin preambula hissəsində vurğulandığı kimi qurulan bu təşkilat özünün əsas fəaliyyətini beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun müəyyənləşdirmişdir. Qurumun məqsəd və vəzifələrinə gəlincə sözügedən sazişin 2-ci maddəsində qarşılıqlı maraq doğuran xarici siyasət məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq forumlardakı məsələlər üzrə ümumi yanaşmanın araşdırılması;
beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi;
siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi;
əmtəələrin, kapitalın, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.
Göründüyü kimi qurum öz ətrafında birləşdirdiyi dövlətləri ümumi məqsədlər naminə bütün spektrlərdə istisnasız olaraq beynəlxalq regional fəaliyyətlərini təşviq edir.
Həmçinin qurumun 22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan II Zirvə görüşündə ayrıca bayrağının qəbul edilməsi də təşkilatın üzunmüddətli perespektivdə fəaliyyətinin göstəricilərindəndir.
Qurumun üzvlərinin sıralarının artması vaxtı ilə Azərbaycan, Qazaxıstan, Qırğısıstan və Türkiyə dövlətləri tərəfindən təsis edilmiş bu quruma artıq Özbəkistan, Türkmənistan və Macarıstanda qoşulmaqla artıq üzv dövlətlərin sayı 7-ə çatmışdır. Üzv dövlətlərin əhalisinin sayı 150 milyondan artıq əhalini 4 milyon kv.km ərazini əhatə edir.
Hətta türk dilli olmayan xalqlar və dövlətlər tərəfindən bu quruma üzv olmaqla bağlı fikirlər səsləndirilməsi bu təsisatın gələcəkdə böyük bir güc mərkəzinə çevrilməsi perespektivindən xəbər verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi isə siyasi əhəmiyyət daşıyır
Bir məsləni də qeyd etmək lazimdir ki, Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin hər birinin digərləri ilə müxtəlif sahədə ikitərəfli münasibətləri mövcuddur lakin bu dövlətlərin bir təsisat altında birləşdirliməsi onların ümumtürk xalqlarının müxtəlif istiqamətlərdə birgə inkişaf starategiyasının müəyyən olunmasına səbəb olacaqdır.
Dövlətləri Təşkilatının ilk təsis toplantısının məhz Naxçıvanda keçrilməsi də rəmzi xarakter daşıyır. Naxçıvan Muxtar Respublikası Türkiyə-Azərbaycan münasibətlərində Qars müqaviləsi konteksində xüsusi əhəmiyyət daşıdığı kimi, Ali Baş Komandan cənab İlham Əliyevin Ali Orden aldığı son toplantı da təsdüfi deyil ki, Türkiyənin müstəqlillik və demokratiya adasında keçirilmişdir. Həmin toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurumun təsis toplantısındakı çıxışına istinad edir. Bu yadaş xatırlatması təsadüfi xarakter daşımır. Cənab Prezident tarixi yaddaşı bir daha təzələyərək bu təşkilatın üzunmüddətli məqsədlər üçün qurulduğunu vurğulayır. Gəlin həmin toplantıdan Prezident İlham Əliyevin çıxışına diqqət edək.İlham Əliyev 3 oktyabr 2009-cu il tarixdə qurumun Naxçıvanda keçirilən təsis yığıncağında türk xalqlarının ortaq dəyərlərindən danışaraq bildirir: ”Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir.”
Həmçinin Prezident İlham Əliyev ilk toplantıda əməkdaşlığın istiqamətlərini müəyyən edərək bu fəaliyyətin spektirlərini göstərir. Prezident İlham Əliyev əməkdaşlıq istiqamətlərini 4 kateqoriyaya ayırır.
Müddət ərzində üzv dövlətlərin 4-dən 7-yə qalxması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi həmçinin “Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi bu qurumun uzuzunmüddətli persepektivə hesablandığının göstərcisidir.Bu günlərdə Azərbaycanın dövlət sərhəddində erməni təxribatlarının intensiv şəkil almasıda Türk dövlətlərinin birgə fəaliyyətindən və inteqrasiyasından narahat olan ermənilərin isterikasının bir nümunəsidir.
Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsində Türk Dövlətləri Təşkilatının müstəsna rol oynayacağına böyük ümidlərlə Tanrı türkü qorusun deyirik!
Prezident İlham Əliyev və ailə dəyərləri
Mən ailə dəyərlərinə cənab Prezidentin öz sözləri ilə başlamaq istəyirəm. Cənab Prezident: ”Mən qəti inanıram ki, ailə hər şeydən əvvəl , həmfikirlər deməkdir. Ailə- kişi və qadın bənzər həyat prinsipləri və mənəvi dəyərləri olan iki adamdır. Ona görə də, mənim fikirmcə , ailədə bu sözün radikal mənasında “ müxalifət” olmamalıdır.
Bir çox məsələdə Mehribanla mənim baxışlarım ümumidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Ötən əsrin bütün çətinliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sədaqəti qoruyub saxlamış Azərbaycan ziyalılarının ailəsindənik. Belə köklərə mənsub olmaq əsl xoşbəxtlikdir. O, Prezidentin həyat yoldaşı olsa belə , qadındır, o ailədə dincliyin , həmahəngliyin, sevginin qarantıdır. Mənim üçün çox vacibdir ki, inanılmaz dərəcədə dolğun və gərgin iş günündən sonra evə gələndə mənim başa düşür və dəstəkləyir. Mehriban İctimai fəaliyyətlədə məşğul olmağa macal tapır.
Mehriban Əliyeva azad düşüncəyə, ülvi məqsədə, böyük qəlbə malik nəslinin ailəsinin ən nəcib kefiyyətlərini özündə birləşdirən, cəmiyyətin inkişafına dəyərli töhfələr verən, fəaliyyəti ilə müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən qətiyyətli və ciddi rəhbər, eyni zamanda Şərq gözəlliyini təcəssüm etdirən zərif və məlahətli qadın, xeyirxah və müdrik şəxsiyyətdir.....O uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm... O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”.
Əlbətdə, Mehriban xanımın fəaliyyəti uğurlu bir azərbaycanlı qadınının nümunəsidir və hər kəsdə qurur hissi doğurur. Onun “ dövlət başçısının xanımı kimi mənim üçün ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm” fikri təkcə daxili gözəllik, zənginlik və ya təvazökarliq kimi deyil, Azərbaycan qadınlarına bir çağrış kimi qiymətləndirilməlidir. Eyni zamanda bu fikirlər “şərq ölkələrinə xas olan “siyasət yalnız kişilərin işidir” kimi stereotipləri dağıdaraq Azərbaycan qadınının və ailəsinin möhtəşəm obrazını yaradır
Oğlu Heydər Əliyevə münasibətdə cənab İlham Əliyev bildirir ki, “mən çalışıram ki, oğlumla imkan daxilində daha çox birlikdə vaxt keçirim. Oğlan uşağı üçün çox vacibdir ki, atası təsadüfdən-təsadüfə deyil, həmişə yanında olsun.”
Odur ki, nümunəvi ailə dəyərlərinə malik olmaq , cənab Prezidentin belə bir ailə dəyərlərinə mənsub olması cəmiyyətdə humanizim ideayalrının bərqərar olmasına sirayət edir və cəmiyyətin bütövləşdirərək yeni inkişaf prespektivlərinin təməlini yaradır.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika
və ekologiya komitəsinin sədri
Baxış sayı: 432
Bölməyə aid digər xəbərlər

- Ordu potensialının daha da gücləndirlməsi
- İşğal olunmuş ərazilərin təhlükəsiliyinin təmin olunması.
- İşğal olunmuş ərazilərin yeni infrastrukturunun formalaşması

- İqtisadi və Neft -Qaz sənayesi
- Beynəlxalq münasibətlər
- Hümanitar-mədəni
- Nəqliyyat-loqistika

Dünən, 15:50
Zaxarova: "ukraynalılar NATO-nun onları xarici maraqlar dərəsinə itələməsinə imkan verməməlidir"
16-05-2025, 08:54
Malayziyanın baş naziri İbrahim Putinlə görüşündə zarafatdan sonra arvadının reaksiyasından qorxub
15-05-2025, 23:40
Zelenski İstanbulda keçiriləcək danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini rəsmən təsdiqləyib
15-05-2025, 23:36
Türkiyə dördtərəfli danışıqlarla bağlı hələ qərarın olmadığını bildirib
15-05-2025, 22:28
Fidanın Rusiya nümayəndə heyəti ilə görüşü İstanbulda başlayıb
15-05-2025, 22:21
Rusiya nümayəndə heyəti İstanbulda danışıqların başlaması üçün təxminən 14 saatdır gözləyir
15-05-2025, 09:29
FT: ABŞ əlverişsiz şərtlərlə atəşkəsi təmin edə bilmir
13-05-2025, 17:43
Vucic deyir ki, Aİ onun mayın 9-da Moskvaya səfərindən narazıdır
13-05-2025, 00:28
Vüqar Rəhimzadə: "Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük"
12-05-2025, 10:48
Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri-Zenfira Nurullayeva
11-05-2025, 17:56
Maduro deyir ki, o, Putinin Ukrayna ilə İstanbulda danışıqlar aparmaq ideyasını dəstəkləyir
10-05-2025, 23:46
WSJ: Von der Leyen Merz ilə "Nord Stream 2"yə qarşı yeni sanksiyaları müzakirə edib
10-05-2025, 22:19
Səfir Lubinski: "Diplomatik missiya Vyanada Qələbə Günü tədbirlərini ləyaqətlə keçirir"
9-05-2025, 20:42
Merz yaxın günlərdə Ukraynada atəşkəsə nail olacağına ümid edir
9-05-2025, 12:15
Gürcüstan parlamenti Qələbə günü ilə bağlı mübahisəni tarixin yenidən yazılması cəhdi adlandırıb
8-05-2025, 16:56
Vüqar Rəhimzadə: "Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün böyük potensial var"
7-05-2025, 19:21
Orban Ukraynaya yeni yardım planını qalmaqal adlandırıb
6-05-2025, 21:48
Litva Vuçiçə Rusiyaya uçmağı qadağan etdi
5-05-2025, 21:39
Orban Kiyev rejiminin başçısının təhdidləri səbəbindən Zelenski ilə münaqişəyə girib
4-05-2025, 15:51
Putin alman dilində layiqli insanlar üçün Avropaya mesaj verib
4-05-2025, 15:41
Müxalifət partiyasının lideri silahlı hücuma məruz qalıb
3-05-2025, 17:15
Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Londondakı parada dəvəti ilə: "Yazda kimin qarışdığını bildik
2-05-2025, 22:14
Yaş senzi mintinqinin iştirakçısı olan 8-12 yaşlı uşaqlar kim idi?
1-05-2025, 22:47
Polşa prezidentliyinə namizədin köməkçisi Biala Podlaska meriyasından Ukrayna bayrağını götürüb
1-05-2025, 21:16
Prezidentin Mətbuat Xidmətinin sektor müdiri işdən çıxarıldı
1-05-2025, 20:58
”Ər-Riyad 2025"ə hazırlıq davam edir-VİDEO
30-04-2025, 21:40
Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu
30-04-2025, 14:42
Estoniya Ukraynaya “istəklilər koalisiyası”nın bir hissəsi kimi əsgərlər göndərməyə hazırdır
30-04-2025, 09:13
Zaxarova Zelenskinin hərəkətlərini canlı televiziyada terror hücumu planlaşdırması ilə müqayisə edib
29-04-2025, 17:10
İcra başçısının müavini işdən çıxarıldı - Foto
29-04-2025, 17:04
Vüqar Rəhimzadə: "Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir"
28-04-2025, 21:30
Litva prezidenti rusları Rusiyaya səyahət etmək üçün yaşayış icazələrindən məhrum edən qanunu imzalayıb
28-04-2025, 21:25
Paşinyan: "Ermənistan Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil"
28-04-2025, 12:37
Miroşnik: "ABŞ Demokratlar tərəfindən Rusiyaya qarşı irəli sürülən ittihamların klişelərindən əl çəkdi"
26-04-2025, 08:13
Azərbaycan-Çin: münasibətlərdə birgəlik və yüksək inkişaf
26-04-2025, 08:06
Səudiyyə Ərəbistanının “Əş-Şarq əl-Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb