Bütün xəbərlər
“Saakaşvili ilə yazışırıq” - Zelenski
Tarix: 21-12-2021 22:53 | Bölmə: Siyasət

                    “Saakaşvili ilə yazışırıq”


Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili ilə yazışdığını deyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib: 
“Açığı, mən ondan məktublar alıram. O da məndən məlumat alır. Cənab Saakaşvili ilə bağlı Gürcüstan dövlətinin rəhbərliyi ilə danışmışam”. 
Zelenskinin sözlərinə görə, gürcü prezidentlə Saakaşvilinin anasının həbsxanaya buraxılması və oğlu ilə görüşməsi üçün danışıqlar aparıb:
“Mən zəng vurub bu barədə xahiş etdim. Səmimi deyirəm. Bizə etiraz etmədilər. Mən istədim ki, həkimlərimiz prosesə cəlb olunsun. Hələlik bununla bağlı ləngimə var”.
 



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər