Bütün xəbərlər
Səfir: "Qırğızıstanda 21 min azərbaycanlı yaşayır"
Tarix: 21-12-2021 13:30 | Bölmə: Siyasət

Kayrat Osmonaliyev



“Bakı-Bişkek aviareyslərinin açılması ilə bağlı danışıqlar aparılır”.
APA-nın məlumatına görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Səfir deyib ki, Qırğızıstanda 21 min azərbaycanlı yaşayır: “Bu aviareysin tezliklə açılması ilə bağlı bizə müraciətlər olur. Eyni zamanda, Bişkek ilə Bakı şəhərlərinin qardaşlaşmasını və bununla bağlı prosesin həyata keçirilməsini istəyirik. O cümlədən Oş şəhərinin Şuşa, yaxud Gəncə ilə qardaş şəhərlər elan olunmasını da təklif edirik”.




Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib