Bütün xəbərlər
Ombudsman ermənilərin dağıtdığı məzarlarla bağlı missiyaya başladı
Tarix: 19-12-2021 18:24 | Bölmə: Siyasət

                      Ombudsman ermənilərin dağıtdığı məzarlarla bağlı missiyaya başladı


Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılıb.
Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.









Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib