Bütün xəbərlər
“Ermənistanın sanki bir daimi çətiri var”
Tarix: 18-12-2021 19:30 | Bölmə: Siyasət

                  “Ermənistanın sanki bir daimi çətiri var”


“Xeyr, mən belə düşünmürəm. Əvvəla, indi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində jurnalistin “Ola bilərmi ki, Avropa İttifaqı burada bir az ehtiyatlı davranır. Çünki bəzi hesabatlara görə Azərbaycanda hələ də insan hüquqları, mətbuat azadlığı sahəsində müəyyən problemlər var? Azərbaycan bu günə qədər inkişaf edib və hər kəsə məlumdur ki, bu proses zaman tələb edir. Sizcə, bu məsələ həmin fəaliyyəti ləngidə bilərmi?” sualına cavabında deyib.
“Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır. Çünki birincisi, biz avropalı tərəfdaşlarımızı inandırmağa müvəffəq olduq ki, onların məlumatı əsasən səhv ssenariyə əsaslanıb və biz genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirdik.
İkincisi, əgər siz mahiyyətə diqqət etsəniz, görərsiniz ki, Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulur. Məsələn, siyasi partiyaların çoxlu təmsilçiləri həbsdədir. Əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb.
Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayaraq, o, demokratiya hesab olunur. Bir növ ikili standartlar...”



Baxış sayı: 467


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib