Bütün xəbərlər
Goranboyda “Dəmir Yumruq” sənədli filmi nümayiş etdirilib
Tarix: 18-12-2021 13:24 | Bölmə: Siyasət


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Komitənin sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Murov Həsənov, məktəblilər, gənc fəallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sənədli filmin təqdimatında çıxış edən natiqlər bu cür maarifləndirmə tədbirlərinin, eləcə də filmlərin çəkilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan xalqının milli birliyinin nəticəsində işğal olan torpaqlarımız azad edilib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tarixi ədaləti bərpa edərək, dəmir yumruğun gücünü bütün dünyaya göstərdi.





Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib