Bütün xəbərlər
Rəsmi Vaşinqton “Taliban”a tələb irəli sürdü
Tarix: 18-12-2021 12:21 | Bölmə: Siyasət

                  Rəsmi Vaşinqton “Taliban”a tələb irəli sürdü


ABŞ hökuməti Əfqanıstan sakinlərinə humanitar yardım göstərməyə hazırdır, lakin ölkədə nəzarəti ələ keçirən radikal “Taliban” hərəkatından öhdəliklərin yerinə yetirilməsini tələb edir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz Əfqanıstana dəstək göstəririk. ABŞ Əfqanıstan üçün ən böyük ianəçidir. Son bir neçə ay ərzində BMT və qeyri-hökumət təşkilatlarının xətti ilə Əfqanıstandakı humanitar ehtiyaclara yarım milyard dollardan artıq vəsait ayırmışıq”, - deyə o qeyd edib.
Sallivan xatırladıb ki, Vaşinqton BMT-nin strukturlarına və qeyri-hökumət təşkilatlarına əfqanlara humanitar yardım göstərilməsində mane olmur.
“Biz, həmçinin “Taliban”la danışırıq, onlara bildiririk ki, əgər onlar hər hansı bir ölkədən, o cümlədən ABŞ-dan birbaşa yardım almaq istəyirlərsə, əsas öhdəlikləri, beynəlxalq humanitar öhdəlikləri, insan hüquqlarına aid öhdəlikləri və terrorizmə qarşı mübarizə məsələlərində öz öhdəliklərini yerinə yetirməlidirlər”, - deyə Sallivan əlavə edib.



Baxış sayı: 421


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib