Bütün xəbərlər
“Yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışırıq” - Hikmət Hacıyev
Tarix: 17-12-2021 20:07 | Bölmə: Siyasət

                    “Yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışırıq”


Bu gün Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev qəbuldakı çıxışında Azərbaycanın Cənubi Qafqaz regionunda 30 ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyaraq yeni reallıq yaratdığını və bu gün Azərbaycanın bölgədə regional əməkdaşlıq, kommunikasiyaların açılması, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə və məramlarına əsaslanan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışdığını qeyd edib.
Hazırda Azərbaycanın qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durduğunu bildirib.
Bu xüsusda, ən böyük maneələrdən biri mina təhlükəsi olduğunu və bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid etdiyini vurğulayıb.



Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib