Bütün xəbərlər
İlham Əliyev rektora “Şöhrət” ordeni verdi
Tarix: 17-12-2021 20:03 | Bölmə: Siyasət

                    İlham Əliyev rektora “Şöhrət” ordeni verdi


Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Cəfərov Cəfər Məmməd oğlu (rektor)
3-cü dərəcəli “Əmək” ordeni ilə
Cəbrayılov Məlikməmməd Saday oğlu
Əliyev Ramiz İbrahim oğlu
Qarayev Məmməd Abbas oğlu
Quliyev Elman Hilal oğlu
Rüstəmov Fərrux Abbas oğlu
Sultanov Oqtay Balaqədəş oğlu.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:
Əliyeva Tinatin Məmməd qızı
Qaraməmmədli Yasin Alı oğlu
Rəsulov Rəis Azər oğlu
Verdizadə Nailə Allahverdi qızı.


Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər