Bütün xəbərlər
Üçüncü Ordu Korpusunun komandanı ehtiyata buraxıldı
Tarix: 17-12-2021 13:12 | Bölmə: Siyasət

                  Üçüncü Ordu Korpusunun komandanı ehtiyata buraxıldı



Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a hərbi mənbələrdən məlumat verilib.
General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.
Qeyd edək ki, M.Rzayev Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.
M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı təyin olunmuşdu.



Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib