21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
“Brüssel görüşləri dünya güclərinin Azərbaycanın yaratdığı reallığı qəbul etdiyini təsdiqlədi”
Tarix: 16-12-2021 23:39 | Bölmə: Siyasət
“Son bir ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə, Sammitlərə, Zirvə Toplantılarına diqqət yetirsək bu reallığı görərik ki, keçirilən məkanlar fərqli olsa da diqqətin yönəldildiyi ünvan dəyişməzdir - Azərbaycan. Bu, qalib Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsində bütün sahələrdə təcrübəsi ilə nümunə olması, eyni zamanda, mövqeyinin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanması, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurması ilə bağlıdır. Azərbaycanın xarici siyasəti çoxşaxəli və açıqdır. Bu baxımdan qeyd edə bilərik ki, həqiqət anı kimi dəyərləndirilən, kimin haqqın, kimin şərin yanında olduğunu göstərən 44 günlük Vətən müharibəsi və postmünaqişə dövrünün də əsas çağırışı budur ki, ədalətin, beynəlxalq hüququn mövcudluğu unudulmamalıdır, onlar zamana və məkana görə deyil, vahid mexanizm əsasında tətbiq edilməlidir. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın artıq diktə edən tərəf kimi çıxış etməsi regionda və dünya siyasətində yeniliklərə yol açıb. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Günümüzün əsas məsələsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması olduğunu nəzərə alsaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə təkcə ölkə deyil, dünya mətbuatının da əsas müzakirə mövzularındandır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlət başçısının Brüssel səfəri Avropa İttifaqının və NATO-nun Azərbaycana dəstəyini aydın şəkildə göstərdi:
“Ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlər, eyni zamanda, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı bəyanatında əksini tapan müddəalar ümumilikdə ölkəmizin mövqeyini əks etdirir: “NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirmişdir ki, ilk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır və qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. Avropa İttifaqı Şurasının Prezidenti qurumun Cənubi Qafqazda geosiyasi baxımdan daha da aktivləşmək niyyətini açıqlayaraq üçtərəfli görüşün nəticəsinə dair bəyanatında münasibətlərin gələcək inkişafına xidmət edəcək məqamları qeyd etmişdir. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Bəyanatda, həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da qurumun dəstəyi öz əksini tapıb. Birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə etməklə yanaşı, bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib”.
YAP Xətai rayon təşkilatının sədri diqqəti dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının Sammitində çıxışına, həmçinin İspaniyanın “El Pais" qəzetinə müsahibəsinə yönəldərək bildirib ki, Brüssel səfəri həm mahiyyət, həm keçirilən görüşlərin tərkibi, həm də Prezident İlham Əliyevin həqiqətləri bu və ya digər ölkənin media orqanı vasitəsilə dünya ictimaiyyətinə çatdırılması istəyinin reallaşdırılması baxımından diqqətçəkən və əhəmiyyətlidir:
“Soçi görüşü, daha sonra Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı, dekabrın 15-də isə Şərq Tərəfdaşlığının VI Sammiti Azərbaycanın yeni reallıqlar fonunda beynəlxalq imicinə, yerinə və roluna, güclənən mövqeyinə işıq saldı. Ölkə Prezidenti Sammitdə bir daha bildirdi ki, Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühit hökm sürür. Bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsi vacibdir. Biz gələcəyə baxmalıyıq. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə bir daha minnətdarlığını bildirib”.
Azərbaycanın hələ münaqişənin həllini tapmadığı dövrlərdə məsələnin həlli üçün bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan istifadə etmək niyyətini açıqladığını önə çəkən Vüqar Rəhimzadə vurğulayıb ki, təəssüflər olsun həmin dövrdə bəzi nüfuzlu beynəlxalq təşkilatlar Aərbaycanın ədalətli mövqeyini özündə əks etdirən qərar və qətnamələr qəbul etsələr də konkret məqam yetişəndə gözləmə mövqeyində dayanmağa üstünlük verirdilər:
“Azərbaycan dövləti ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin ədalətsizlik olduğunu bəyan edərək buna son qoymağa çağırışlar edirdi. Beynəlxalq hüququn işləmədiyi dünyada hansısa məsələyə ədalətli yanaşma inandırıcı görünə bilməzdi. Azərbaycan belə bir dünyanın mövcudluğu fonunda 44 günlük müharibəni ərazi bütövlüyümüzün bərpası ilə sona çatdırdı və münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında üstünlüyümüzü təmin etdi. Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Azərbaycan Ordusu öz torpaqlarımızda müharibəni aparıb, ərazilərimizi işğaldan azad edib. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya güclərinin və nüfuzlu beynəlxalq təşkilatların bugünkü fəallıqları 30 ilə yaxın işğal dövründə nümayiş olunsaydı, Ermənistana beynəlxalq təzyiq güclənsəydi, 44 günlük İkinci Qarabağ savaşı yaşanmazdı:
“Ölkə Prezidentinin də vurğuladığı kimi, əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən, ərazi iddialarından çəkinməlidir. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin səyləri müsbət nəticə verə bilər.
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşün keçirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır. Bugünün reallıqları bir məqamı da açıqlayır ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol oynayır ki, Azərbaycanın qüdrəti, gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi tarixi Zəfərimizdə öz aydın ifadəsini tapıb”.
Baxış sayı: 374
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.