Bütün xəbərlər
“İnformasiya məkanı başlı-başına qala bilməz”
Tarix: 14-12-2021 23:15 | Bölmə: Siyasət

                   “İnformasiya məkanı başlı-başına qala bilməz”



““Media haqqında” qanunu bilərəkdən təhrif etməyə çalışırlar. Ancaq mən tam məsuliyyətimlə deyirəm ki, əksinə bu qanun medianın azadlığını genişləndirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Azay Quliyev "Media haqqında" qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib. 
O qeyd edib ki, bu qanunda liberal yanaşma sərgilənir: “Haqsız şəkildə tənqidə məruz qalırıq ki, guya hansısa internet televiziyasının fəaliyyətini bu qanun məhdudlaşdırır. Nəzərə alınmalıdır ki, Azərbaycanın informasiya məkanı başlı-başına qala bilməz. 
Bu sahə də tənzimlənməlidir. Bu qanun layihəsi liberal və demokratikdir. Bu gün böyük reket jurnalistikası var. Ümid edirik ki, gələcəkdə bu sahəyə də diqqət yetiriləcək. Hamımızın keyfiyyətli informasiya almaq hüququmuz var”. 



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib