Bütün xəbərlər
Səfər Qaraqoyunlu: “Bir millət, iki dövlət” şüarı ilə tarix yazan Ulu Öndər iki qardaş ölkənin daha da sıx bağlarla birləşməsinə vəsilə olub
Tarix: 13-12-2021 00:59 | Bölmə: Siyasət


Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevi rəhmət və minnətlə yad edirik. Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il keçir. Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq və həmrəylik ruhunu daha da qüvvətləndirən “Bir millət, iki dövlət” şüarı ilə tarix yazan ulu öndər Heydər Əliyev iki qardaş ölkənin daha da sıx bağlarla birləşməsinə vəsilə olduğu kimi, Bakı-Tbilisi-Ceyhan boru xətti kimi yaxın keçmişdə ərsəyə gələn bir çox layihənin memarıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib.
Ümummilli Lider tərəfindən təməlləri atılan və ərsəyə gələn bütün layihələrin, əslində, türk dünyasını qopmayacaq strateji bir xətlə bir-birinə bağladığını vurğulayan dərnək sədri deyib: “Ulu Öndər Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin əhəmiyyətinə işarət edərək dünyaya bağlanacağımız günləri hədəf göstərib. Bu layihələr və hədəflər, ancaq böyük insanlar tərəfindən başladılır və tamamlanır. Hazırda biz bu layihələrin günümüzdə nə qədər əhəmiyyət kəsb etdiyinə bütün türk dünyası olaraq şahidlik edirik. Türkiyə və Azərbaycan dövlətlərinin baniləri Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən təməlləri atılan ən böyük birlik layihəsi isə əsrlər boyu davam edən Türkiyə-Azərbaycan qardaşlığının daha da sıxlaşdırılmasıdır. Bir türk olaraq üzərimizə düşən ən böyük vəzifə isə ümummilli liderlərimizin bizə miras qoyduğu bu qardaşlığı, birliyi və həmrəyliyin sonsuzadək davam etdirməkdir”.





Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib