Bütün xəbərlər
“Dərin tarixi bağlarımız var və onların dağılmasını istəməzdik” - Putin
Tarix: 26-11-2021 18:43 | Bölmə: Siyasət

                  “Dərin tarixi bağlarımız var və onların dağılmasını istəməzdik”


“Üçtərəfli danışıqların məqsədi Dağlıq Qarabağın dirçəlişinə şərait yaratmaqdır".
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündə səsləndirib. 
“Mənə elə gəlir ki, əslində bizim bütün səylərimizin məqsədi də budur, daha doğrusu, regionun dirçəlməsinə, insanların orada özlərini təhlükəsiz hiss etmələri və normal təsərrüfat fəaliyyəti ilə məşğul olmalarına şərait yaratmaq, iqtisadiyyatı inkişaf etdirmək”, - deyə Putin qeyd edib. 
Putin əminliyini bildirib ki, Rusiya, Ermənistan və Azərbaycan ümumi maraqlar naminə ölkələr arasında əlaqələri gücləndirməyə çalışmalıdırlar.
“Biz əsrlər boyu vahid dövlətin tərkibində bir yerdə olmuşuq, bizim çox dərin tarixi bağlarımız var və onların dağılmasını istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də qoruyub saxlamağa çalışmalıyıq”, - Rusiya dövlət başçısı bildirib.



Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib