Bütün xəbərlər
Azərbaycandakı Türkiyə hərbçilərinin mandatı daha bir il uzadıldı
Tarix: 10-11-2021 22:09 | Bölmə: Siyasət

                   Azərbaycandakı Türkiyə hərbçilərinin mandatı daha bir il uzadıldı



Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunub.
Keçirilən səsvermədən sonra layihə qəbul edilib.
Qeyd edək ki, petisiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilib. Qanun layihəsində Azərbaycana göstərilən dəstək vurğulanaraq Türkiyənin regionda sülh və sabitliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslər göstərdiyi qeyd edilib. 
Xatırladaq ki, Qarabağ Zəfərindən sonra imzalanan üçtərəfli bəyanata əsasən türk əsgəri Qarabağda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmətə başlayıb. 



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib