Bütün xəbərlər
Vidadi Muradovu həbsdən buraxan hakim danışdı
Tarix: 01-11-2021 17:17 | Bölmə: Siyasət

                   Vidadi Muradovu həbsdən buraxan hakim danışdı


“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovu həbsdən buraxan hakim açıqlama verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi Əfqan Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, V.Muradov barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir:
“Bu qərar işin mahiyyətinə heç bir təsir göstərmir. Vidadi Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq”.
Qeyd edək ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V.Muradov barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarətinə verilməklə həbsdən buraxılıb.
Qeyd edək ki, V.Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.



Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib