18:16 / 14-09-2026
İnsult keçirən turist vertolyotla tez bir zamanda təxliyə edildi
18:12 / 14-09-2026
Ukrayna Kanada tərəfindən zəmanət verilən 841 milyon dollarlıq maliyyə yardımı alacaq
18:08 / 14-09-2026
Almaniya Müdafiə Nazirliyi Litvadakı briqada üçün zorla əsgər toplayacaq
18:06 / 14-09-2026
İki NATO kəşfiyyat təyyarəsi patrul xidməti göstərir
18:03 / 14-09-2026
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
18:00 / 14-09-2026
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
17:56 / 14-09-2026
Bir kişi yanğını görüb iki çoxuşaqlı ailəni fövqəladə vəziyyət barədə xəbərdar edib
17:52 / 14-09-2026
Metro stansiyası yaxınlığında bir qadını bıçaqlayan kişi saxlanılıb
17:49 / 14-09-2026
Bir qız süni ağac oyuğunda ilişib qalıb və xilasedicilər ona kömək ediblər
17:44 / 14-09-2026
Avtobus qəzasında doqquz nəfər yaralanıb
17:41 / 14-09-2026
Kafedə zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib
17:37 / 14-09-2026
Ər arvadını boğub
17:34 / 14-09-2026
Qazanxanada baş verən baş verən yanğında bir kişi və bir qadın həlak olub
17:28 / 14-09-2026
Ağac yoldan keçənlərin üzərinə aşıb, bir nəfər yaralanıb
17:25 / 14-09-2026
Hollandiyada 150 sərnişin daşıyan qatar yük maşını ilə toqquşub
17:22 / 14-09-2026
FSB Ukraynadan qara bazara neçə silahın yol tapdığını hesablayıb
17:15 / 14-09-2026
"Cessna" təyyarəsi qəzaya uğrayıb, ölənlər var
17:09 / 14-09-2026
ABŞ Hörmüz boğazının gündə 10 milyon barelə qədər neft daşıdığını bildirib
17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
Qadağan olunmuş qonşuluq-Əkbər Qoşalı
Tarix: 28-10-2021 19:05 | Bölmə: Siyasət
Qardaş kimi qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri yalnız bizdə və qardaş ölkədə gündəm deyil; Ermənistanda (yaxud hələlik Ermənistan adlanan ölkədə və onun qatı havadarları olan dövlətlərdə) daha çox diqqət mərkəzindədir. Niyə? “Niyə”si aydındır: artıq ağlı başında olan ermənilər sosial mediada, müxtəlif platformalarda öz uğursuz (baş tutmuş amma baş tutmamış) dövlətlərinin nə qədər səbatsız, dardüşüncəli, yalan-palan dolu siyasət yeritdiyini car çəkir...
Onlar anlamağa və anlatmağa başlayıb. Deyirlər, görün türklər bizim dağıtdığımız Qarabağı necə abad edir, necə şenləyir..? Yanır-yaxılırlar, öz başbilənlərinə suallar verir, sitəm edirlər. Dünya erməniliyi cənab Əliyevlə cənab Ərdoğanın atdığı təməlləri, kəsdiyi lentləri görür, bilir, hesablayır və təlaşa düşür. Bu təməlqoymalar, bu açılışlar Qafqazın aparıcı ölkəsinin, xalqının açıq-açığına ismarıcıdır: ara, haycım, ya adam olacaq adambalası kimi bizim böyür-başımızda yaşayacaqsan ya da dəf olub çox uzaqlara gedəcəksən!
Biz açan qapıdan keçməyə üzü olmayanlar, illa qapı¬dalında qalacaq. Körpüsalanlarla körpü uçuranlar, yol çəkənlərlə yolsuzlar, ev tikənlərlə ev yıxanlar diametral şəkildə fərqli koordianatlardadır. Bizim düşüncə tezliyimiz, fikir alqoritmimiz uğursuz dövlətin hərbi-siyasi rəhbərliyinin düşüncəsizlik tezliyi və darfikir alqoritmi ilə təzaddadır. O üzdən bir-birimizi anlamaqda çətinlik çəkirik. Əgər biz ötən ilin bu günlərində, ondan da qabaqlar “Qarabağı azad edəcək, ora həyat, mədəniyyət, insanlıq qaytaracağıq, daha yaxşı şəhərlər, kəndlər tikəcəyik” deyirdiksə, ermənilər tam da bir il öncə Bərdəyə qadağan olunmuş raket atırdı. Görün, nə qədər zəkasız olasan ki, Gəncəyə, Mingəçevirə, Qəbələyə, Yevlaxa, Xızıya, Naxçıvana... ard-arda atılan raketlərdən sonra, Tərtərə atılan raketlərin sayı-hesabı itiriləndən sonra yolumuzdan dönmədiyimizi görə-görə, bir də Bərdəyə raket atmağı uyğun biləsən? Cəbhədən uzaq Bərdəyə - özü də, illa mülki insanları öldürməkçün bazarçevrəsinə raket atılmasının insanlıqdışı olması öz yerində, axı, sən, haycım, bununla nə qazana bilərdin ki? Ən sonda, Şuşaya, nə özünün nə havadarının hələ boynuna almadığı “İskəndər-M” raketinin atılması da ağılsızlığın daha bir “təntənə”siydi...
Ağılsız işğalçı hər qadağanolunmuş raketlə qadağanolunmuş qonşuluq mühiti yaratdığının, öz gələcək nəsilləri üçün çox vecsiz bir miras qoyduğunun fərqində olmadı.
Bəli, Azərbaycanın öz əzəli torpağı Qarabağda apardığı yüksək sürətli və keyfiyyətli tikinti-quruculuq işləri, qardaş Türkiyənin dövlət başçısının Azərbaycana unudulmaz səfəri erməni ictimai fikrində müzakirələrin baş mövzusudur. Artıq təbliğatın əsas istiqamətlərini də itiriblər: bu gün bir, sabah başqa söz demək məcburiyyətindədirlər. Yalan – artıq yerimir, doğru – onlara sərf eləmir... Hayın biri hay...
Türkiyənin dövlət başçısının Azərbaycanın dövlət başçısının dəvəti və Ankara-Füzuli marşurutu ilə Azərbaycana səfərə gəlməsi, Azərbaycanlı həmkarı ilə birgə Füzuli və Zəngilanda mühüm açılışlarda iştirak etməsi, təməlqoymalara qatılması Qarabağda hava yolunun, torpaq yolunun, dəmir yolunun bütün yolsuzluqlara üstün gələrək irəlilədiyinin təcəssümüdür.
26 oktyabrdakı təməlqoymalar, açılışlar, Füzulidə, Zəngilanda verilən ismarıclar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyaniliyini, Türkiyə ilə Azərbaycan arasında işbirliyinin, sarsılmaz qardaşlığın bölgə və dünya çapında önəmli amilə çevrilməsini səciyyələndirir.
Ayda-ildə bir səfər, ayda-ildə bir deklarativ sənəddən danışmırıq: Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq, strateji müttəfiqlik və bu istiqamətdə nə qədər yaxşı söz varsa hamısını əhatə edir, üfüq cızır və üfüqötəsi vəd edir...
Əlbəttə, dünyada dil, din, etnik mənsubiyyət birliyinə yaxud yüzilliklərə dayalı qonşuluğa, irimiqyaslı ticarət dövriyyəsinə malik ölkələr, xalqlar var – lakin onların neçəsi Azərbaycan-Türkiyə birliyinə yanaşa, uyğun səviyyə nümayiş etdirə bilir? Bu, bir başqa hadisədir – Tanrının lütfü, xalqlarımızın qarşılıqlı səmimiyyəti, aydınlarımızın qərinələri aşan uzaqgörən baxışları və əlbəttə, liderlərimizin cəsarəti Azərbaycan-Türkiyə birliyini dövlətlərin, ölkələrin, qardaşların, qonşu və dostların ən unikal modelinə çevirib. Biz doğrudan-doğruya bir ürəkdə iki canıq, Türkiyə-Azərbaycanıq!
Dost da, düşmən də idrak edir ki, cənab Əliyevlə cənab Ərdoğanın dostluğu, qardaşlığı və hər iki liderin öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutması, onların qətiyyəti xarüqələr yaradır. Hamı görür, bilir ki, iki qardaş ölkə bu gün öz liderləri sayəsində böyük uğurlar qazanır, daha böyük uğurların təməllərini atır: əcdadımızın ruhunu şad edib, gələcək nəsillərə yol göstərərək...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı

Baxış sayı: 414
Bölməyə aid digər xəbərlər

12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
27-08-2026, 18:24
ABŞ və İran hazırda danışıqlar aparmır
26-08-2026, 18:12
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
26-08-2026, 18:10
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
26-08-2026, 17:57
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
26-08-2026, 12:07
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
25-08-2026, 19:25
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
25-08-2026, 19:17
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
24-08-2026, 20:03
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
24-08-2026, 19:50
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
20-08-2026, 19:12
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
20-08-2026, 19:09
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
19-08-2026, 16:41
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
19-08-2026, 16:23
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
19-08-2026, 08:15
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
18-08-2026, 22:15
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
18-08-2026, 21:58
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
18-08-2026, 12:38
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
18-08-2026, 12:13
General oğlu vəzifəsindən azad edildi