Bütün xəbərlər
Mahirə Adnayeva icra başçısı təyin edildi
Tarix: 06-10-2021 19:36 | Bölmə: Siyasət

                      Mahirə Adnayeva icra başçısı təyin edildi


Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək rayonuna icra başçısı təyin edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
Qeyd edək ki, Mahirə Adnayeva daha əvvəl Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edib. 

                  



Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər