01:29 / 22-06-2021
Türkiyədə zəlzələ oldu
02:56 / 21-06-2021
Azərbaycanda zəlzələ oldu
Laçında erməni diversant saxlanıldı - Müdafiə Nazirliyi
Tarix: 08-06-2021 16:12 | Bölmə: Siyasət

                    Laçında erməni diversant saxlanıldı


İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.
Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər