12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Onlara ezamiyyətlərini dəyişmələri deyilsə də, qayıtmaqdan imtina ediblər”
Tarix: 05-06-2021 16:01 | Bölmə: Siyasət

                    “Onlara ezamiyyətlərini dəyişmələri deyilsə də, qayıtmaqdan imtina ediblər”


Prezidentin köməkçisi Hikmət Hacıyev Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist Məhərrəm İbrahimovla vida mərasimində iştirak edib. 
“Qafqazinfo” xəbər verir ki, H. Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, onların gördüyü işlərin böyük bir dəyəri var:
“Bunun bir dəyəri ondan ibarətdir ki, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliyi onlar sənədləşdirirdilər. Bu işin dəyəri bu gün də, yüzilliklər sonra da vacibdir. Çünki onlar gələcək nəsillərə Azərbaycan tarixinin salnaməsini yaradırlar.
“Azərtac” və Dövlət Televiziyası tərəfindən onlara ezamiyyətlərini dəyişmək barədə müraciətlər olsa da, onlar geri qayıtmaqdan imtina ediblər. Bu işi elə böyük əzmlə, böyük rəşadətlə, böyük həvəslə yerinə yetirirdilər. Yenə də mənfur ermənilər tərəfindən qoyulmuş xəyanətkar mina fəaliyyətinin qurbanı oldular. Allah onlara rəhmət eləsin.
Bu eyni zamanda, Azərbaycan mediası, Azərbaycan ictimaiyyəti üçün böyük itkidir. Bu müharibə dövründə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan jurnalistlərinin, Azərbaycan mediasının da rəşadətini gördük. Onlar bütün cəbhədəydilər. Ermənilərin vəhşiliklərini foto və videoya çəkərək dünya ictimaiyyətinə çatdırdılar. Bu qardaşlarımızın gördüyü iş də həmin prosesin tərkib hissəsi idi. Bu hadisə Azərbaycan və dünya mediası üçün də böyük bir itkidir. Bütün beynəlxalq təşkilatlara da müraciət etmişik ki, bu vandalizm, bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Möhtərəm cənab Prezidentin baş sağlığını çatdırıram, Allah səbr versin, qəbirləri nurla dolsun”.



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər