Bütün xəbərlər
Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü
Tarix: 29-03-2021 22:32 | Bölmə: Siyasət

                      Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü



Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və 1 aprel tarixindən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub.






Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər