Bütün xəbərlər
Hikmət Hacıyev: Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir
Tarix: 23-08-2018 21:07 | Bölmə: Siyasət

                            

Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya deputatının Azərbaycan tərəfdən işğal edilmiş ərazilərimizə səfər niyyəti məsələsinə münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib ki, almaniyalı deputat Azərbaycanın işğal olunmuş ərazilərinə qoşunların təmas xəttinin Azərbaycan hissəsindən də səfər etmək niyyətindədirsə, üzrxahlıq məktubu ilə müraciət etməli, Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə etməlidir:
"Qanunverici orqanının nümayəndəsi kimi o, BMT üzv dövlətlərinin qanunlarına hörmət etməlidir. Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmaq üçün heç kimə əsas vermir. Hər kəs bilməlidir ki, bu kimi qanunsuz səfərlər Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir və münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinə maneə olur".
XİN rəsmisi qeyd edib ki, sözügedən millət vəkili tərəfindən bütün BMT üzv dövlətlərində identik olan qanunların pozulması və sonra da buna bəraət qazandırılması cəhdi böyük səhvdir:
"Bu kimi provokativ addımların qəsdən atılaraq uğursuz şəkildə Azərbaycan və Almaniya arasında əlaqələrin inkişafına xələl gətirmək niyyəti güdməsi də istisna edilməməlidir. Şübhə doğuran məqam ondan ibarətdir ki, Azərbaycanın Almaniyadakı səfirliyi dəfələrlə yazılı formada Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər və onun doğurduğu mənfi fəsadlar barədə xəbərdarlıq edib. Hər bir halda Azərbaycanın qanunlarını pozduğu üçün bu şəxsin adı "arzuolunmaz şəxslər" siyasına daxil edilib".



Baxış sayı: 686


Bölməyə aid digər xəbərlər