08:02 / 04-06-2025
9,7 milyon rubldan çox dəyərində taxta qaçaqmalçılığı ilə bağlı araşdırma aparılır
07:59 / 04-06-2025
4,5 bal gücündə zəlzələ baş verib
07:56 / 04-06-2025
Satıcı tərəfindən döyülən uşaq həkimə müraciət edib
06:57 / 04-06-2025
12 yaşlı qızı qətlə yetirən yeniyetmə mühakimə olunacaq
06:52 / 04-06-2025
Təyyarənin salonu tüstülənib
06:45 / 04-06-2025
Sərxoş vəziyyətdə dava zamanı qadını 17 bıçaq xəsarəti ilə öldürüb
06:40 / 04-06-2025
Yapon dənizində gəmi dənizçilər xilas edildikdən sonra yanaraq qalıb
06:32 / 04-06-2025
Çindən Primoryeyə 27 min yoluxmuş çiçəyin idxalına qadağa qoyub
23:19 / 03-06-2025
Türkiyə Xarici İşlər Nazirliyi: Rusiya və Ukrayna danışıqların növbəti raundu ilə bağlı razılığa gəliblər
22:28 / 03-06-2025
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Drapatinin istefasını qəbul etməyib
22:18 / 03-06-2025
Professor Fenenko hesab edir ki, Baerbokun Baş Assambleyanın sədri seçilməsi BMT-də islahatların başlanğıcıdır
22:05 / 03-06-2025
NATO ölkələri Ukraynaya hərbi yardımı müdafiə xərcləri kimi hesablamağı planlaşdırır
17:06 / 03-06-2025
Vüqar Rəhimzadə: "Bakı Enerji Həftəsi dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib"
16:29 / 03-06-2025
Azərbaycan minifutbol yığması dünyanın ən güclü komandası kimi tarix yazdı-Könül Nurullayeva
16:25 / 03-06-2025
Bəstəkar Yevgeni Doqa 88 yaşında vəfat edib
16:21 / 03-06-2025
Ukrayna NSDC: Umerov və Medinski Fidanın iştirakı ilə görüşdü
16:18 / 03-06-2025
Soyuqda oğlunu tərk edən Nijni Tagil sakini həbsxanaya düşəc
16:14 / 03-06-2025
Radanın keçmiş deputatı Qılınkarov: "Ukraynanın problemi pul deyil, ABŞ-ın dəstəyidir"
16:10 / 03-06-2025
Qadınlara qarşı nifrəti qızışdırdığına görə cərimələnib
08:05 / 03-06-2025
Ərdoğanın ofisi: Ukrayna sammitindən əvvəl “telefon diplomatiyası” vacibdir
07:45 / 03-06-2025
"L’Antidiplomatico": Zelenski aerodromlara hücumla Rusiyaya üstünlük verdi
07:39 / 03-06-2025
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
07:31 / 03-06-2025
İstanbulda Rusiya-Ukrayna danışıqları bir sıra razılaşmalarla yekunlaşıb
07:27 / 03-06-2025
Politoloq Drobnitski: "ABŞ Ukraynada münaqişənin bitməsinə zəmanət vermir"
07:23 / 03-06-2025
Vəhşi vaşaq yenidən aşkarlanıb
07:19 / 03-06-2025
Böyük balıq fabriki yanğından sonra fəaliyyətini bərpa edə bilməyib
07:16 / 03-06-2025
Tramp: "ABŞ silah ehtiyatlarını görünməmiş sürətlə artırır"
07:13 / 03-06-2025
Belarus Xarici İşlər Nazirliyi Trampla hərtərəfli dialoqa hazır olduğunu bildirib
07:09 / 03-06-2025
Qazaxıstan Rusiyaya kamikadze dronların çatdırılması ilə bağlı məlumatı təsdiqləməyib
07:04 / 03-06-2025
Hərbi xidmətdən yayındığına görə 6 il həbs cəzası alıb
21:40 / 02-06-2025
İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib
21:27 / 02-06-2025
Fransa parlamentinin deputatları Alfred Dreyfusa general rütbəsi verilməsinə səs veriblər
21:15 / 02-06-2025
Medinski: "Rusiyanın memorandumu qətiyyən ultimatum deyil"
21:11 / 02-06-2025
Uşağı pəncərədən yıxıldıqdan sonra məhkəmə qarşısına çıxacaq
21:06 / 02-06-2025
Rusiya səfirliyi Londona hərbi isteriya yaratmamağı tövsiyə edib
21:02 / 02-06-2025
London polisi Starmerin evində yanğın törətməkdə şübhəli bilinən dördüncü şəxsi saxlayıb
20:43 / 02-06-2025
Görkəmli dövlət xadimi İlyas Vəkilov-120 - Sadiq Qurbanov yazır
Berlində Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi münasibətilə simpozium keçirilib (FOTO)
Tarix: 29-11-2017 21:46 | Bölmə: Siyasət

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Berlində Azərbaycanın Almaniyadakı səfirliyi, Strateji Araşdırmalar Mərkəzi, Berlin Azad Universiteti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, eləcə də Almaniyanın “Business & Diplomacy” jurnalının media dəstəyi ilə elmi simpozium keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan və bu uğurların, eləcə də Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzün Almaniya ictimaiyyətinə tanıtdırılması üçün bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək Azərbaycan-Almaniya münasibətlərinin möhkəm tarixi əsaslara malik olduğunu bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə 2017-ci ildə ölkəmiz tərəfindən bir sıra tədbir və layihələrin həyata keçirildiyini qeyd edib. Səfir iki ölkə arasındakı münasibətlərin bugünkü vəziyyətini xülasə edərək, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığı vurğulayıb. R.Həsənov həmçinin Azərbaycan üçün dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyətindən, diplomatik münasibətlərin qurulmasından bəri iki ölkə arasında əlaqələrin davamlı inkişafından və müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq layihələrindən bəhs edib. Andreas Peşke Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həllinin əhəmiyyətini vurğulayıb və bildirib ki, status kvonun saxlanılması yolverilməzdir. Alman diplomat ölkəsinin gələcəkdə də Minsk Qrupunun üzvü olaraq münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışacağını bildirib.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında Azərbaycanın yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasətin xüsusiyyətlərini təhlil edib, ölkəmizin xarici siyasətində Almaniya və Avropa İttifaqı ilə münasibətlərin yeri və rolundan danışıb. Natiq ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqda saziş layihəsinə dair danışıqlar apardığını qeyd edib, sözügedən sazişin tərəflər arasında münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Məmmədov Azərbaycanın öz tərəfdaşlarından ərazi bütövlüyünə birmənalı dəstək gözlədiyini bildirib.
Daha sonra Berlin Azad Universiteti adından həmin universitetdə fəaliyyət göstərən SED tədqiqat qrupunun layihə rəhbəri Ute Şmit tədbir iştirakçılarını salamlayıb. Ute Şmit təmsil etdiyi tədqiqat qrupunun fəaliyyəti və layihələri barədə məlumat verib və qeyd edib ki, sözügedən tədqiqat qrupu həm də Azərbaycan-Almaniya münasibətlərinin tarixinə dair araşdırma aparır. Ute Şmit həmçinin gələn il Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100-cü ildönümü münasibətilə Berlin Azad Universitetində simpozium keçiriləcəyini bildirib.
Daha sonra tədbirdə panel müzakirələri keçirilib.

Tədbirin birinci hissəsində Berlin Azad Universitetinin tədqiqatçısı, diplomatiya tarixi üzrə mütəxəssis Enriko Seevald “Azərbaycanda ilk alman dövlət nümayəndəliklərinin yaradılmasından iki ölkə arasında diplomatik münasibətlərin qurulmasınadək” mövzusunda məruzə ilə çıxış edib.
Enerji siyasəti və diplomatiya üzrə mütəxəssis Matias Dornfeldin aparıcılıq etdiyi paneldə həmçinin Berlin Humbolt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri prof. Eva-Maria Aux, Reyn-Pfalts federal torpağının landtaqının keçmiş deputatı, mədəniyyətlərarası ünsiyyət üzrə mütəxəssis Rəhim Şmit və Azərbaycanın Almaniyadakı səfirliyinin 3-cü katibi Vüqar Qafarov iştirak ediblər. Müzakirələrdə Azərbaycanda alman məskənlərinin tarixinin araşdırılması və təşviq edilməsinin əhəmiyyəti, iki ölkə arasında münasibətlərin tarixinin alman elminə və ictimaiyyətinə tanıtdırılması üçün görülən işlər, Azərbaycana xas olan multikultural dəyərlər və dini tolerantlığın Almaniyada təqdim edilməsi, Azərbaycan gənclərinin Almaniya və Almaniya gənclərinin Azərbaycan haqda daha dərin məlumatlara yiyələnməsi üçün mövcud olan elm, təhsil və digər imkanlar təhlil edilib.
Tədbirin ikinci hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Avropa İttifaqı üzrə mütəxəssisi İlqar Qurbanov “Azərbaycan-Avropa İttifaqı münasibətləri: uğurlu əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru” mövzusunda məruzə ilə çıxış edib.
“Business & Diplomacy” jurnalının naşiri Frank Şüttiqin aparıcılıq etdiyi ikinci paneldə Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse, Potsdam Universitetinin iqtisadi siyasət üzrə professoru Vilfrid Fuhrman, Qissen Universitetinin türkologiya üzrə müəllimi Mixael Hess, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nəqliyyat və loqistika üzrə mütəxəssisi Mahir Hümbətov iştirak ediblər. Müzakirələrdə Azərbaycanın multikultural ənənələrinə söykənərək yürütdüyü uğuru regional siyasəti və beynəlxalq əməkdaşlığı, ölkəmizin enerji və nəqliyyat sahələrində həyata keçirdiyi transmilli layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilib. Paneldə həmçinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin regional sülh və inkişafa təhlükə yaratdığı vurğulanıb və Avropa İttifaqının münaqişənin ədalətli həlli üçün səylərini artırmalı olduğu bildirilib.
Simpoziumda Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, eləcə də elmi ictimaiyyətin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların və Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Baxış sayı: 1 021
Bölməyə aid digər xəbərlər

Dünən, 17:06
Vüqar Rəhimzadə: "Bakı Enerji Həftəsi dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib"
2-06-2025, 21:06
Rusiya səfirliyi Londona hərbi isteriya yaratmamağı tövsiyə edib
2-06-2025, 20:43
Görkəmli dövlət xadimi İlyas Vəkilov-120 - Sadiq Qurbanov yazır
2-06-2025, 20:29
Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
1-06-2025, 22:49
Özbəkistan prezidentinin köməkçisi Moskvaya səfər edib
1-06-2025, 20:45
Zelenski iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini dəyişib
31-05-2025, 15:18
Kiyev meri Kliçko deyib ki, Kiyev rejimi “avtoritarizm iyi verir”
31-05-2025, 15:10
Medvedev Rusiyanın məğlubiyyətini gözləmir: "Biz Almaniyanın iqtisadi çöküşünü gözləyirik"
31-05-2025, 10:36
Overçuk Asiya ölkələrinə Qərblə sövdələşmələrin təhlükələri barədə xəbərdarlıq edib
29-05-2025, 20:02
Vüqar Rəhimzadə: "Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi"
29-05-2025, 19:29
Zaxarova: "Makronun sülh yolu ilə nizamlanma ilə bağlı sözlərinə inanmaq çətindir"
29-05-2025, 08:06
Klintseviç qlobalistlərin Trampa və Rusiya vətəndaşlarına qarşı təxribatlarından danışıb
27-05-2025, 21:10
Zaxarova Dağıstanın müxalifət mediasının onun işgüzar səfəri ilə bağlı tənqidlərinə cavab verib
26-05-2025, 23:49
Azərbaycan Xalq Cümhiriyyətinin tarixi əhəmiyyəti-Nəbi Ağayev
26-05-2025, 22:44
Zaxarova: "Rusiya İsveç hakimiyyətinin Vyana Konvensiyasına əməl etməsində israrlıdır"
26-05-2025, 13:13
Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət-Akif Rəfiyev
24-05-2025, 21:02
Yəmən lideri əl-Alimi mayın 27-də Putinlə danışıqlara gələcək
24-05-2025, 16:29
Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur-Kəmalə Abbasova
24-05-2025, 09:37
Məmurlar Bakıya qatarla qayıtdı - Video
23-05-2025, 22:53
Baş prokuror Vyanada işgüzar səfərdədir
23-05-2025, 11:35
Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu getdikcə güclənir-Könül Nurullayeva
23-05-2025, 08:48
Vüqar Rəhimzadə: "Türk dövlətlərinin qlobal siyasi proseslərə təsir imkanları artır"
22-05-2025, 16:03
Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22-05-2025, 14:45
Könül Nurullayeva: “Erkən nikah halları müəyyən bölgələrdə yenə də aktuallığını qoruyur"
21-05-2025, 16:18
Könül Nurullayeva: “Qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir"
21-05-2025, 15:55
Vüqar Rəhimzadə: "Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır"
21-05-2025, 07:47
İrəvandakı fəallar Lavrovun nümayəndə heyətini İran müdafiə nazirinin korteji ilə qarışdırıblar
19-05-2025, 23:02
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
19-05-2025, 22:53
Uşakov: "Putin və Tramp Ukrayna münaqişəsinin bir çox nüanslarını müzakirə ediblər"
19-05-2025, 12:19
KTMT baş katibi: "Rusiya-ABŞ dialoqu ehtiyatlı nikbinliyə səbəb olub"
18-05-2025, 21:23
Tarixçi Sidorov: "ABŞ-ın Rusiya ilə münasibətlərin əvvəlki trayektoriyasına qayıtmaq şansı var"
17-05-2025, 22:35
Peskov Trampın Putinə zəng etməyə hazır olduğunu təsdiqləyib
17-05-2025, 19:12
Vüqar Rəhimzadə: "Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir"
17-05-2025, 15:50
Zaxarova: "ukraynalılar NATO-nun onları xarici maraqlar dərəsinə itələməsinə imkan verməməlidir"
17-05-2025, 11:16
“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı
16-05-2025, 08:54
Malayziyanın baş naziri İbrahim Putinlə görüşündə zarafatdan sonra arvadının reaksiyasından qorxub
15-05-2025, 23:40
Zelenski İstanbulda keçiriləcək danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini rəsmən təsdiqləyib
15-05-2025, 23:36
Türkiyə dördtərəfli danışıqlarla bağlı hələ qərarın olmadığını bildirib
15-05-2025, 22:28
Fidanın Rusiya nümayəndə heyəti ilə görüşü İstanbulda başlayıb
15-05-2025, 22:21
Rusiya nümayəndə heyəti İstanbulda danışıqların başlaması üçün təxminən 14 saatdır gözləyir