Bütün xəbərlər
Uşağı pəncərədən yıxıldıqdan sonra məhkəmə qarşısına çıxacaq
Tarix: 02-06-2025 21:11 | Bölmə: Digər

Leninqrad vilayətində 28 yaşlı gənc pəncərədən yıxılan 1,5 yaşlı uşağının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda ittiham edilərək məhkəmə qarşısına çıxarılacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi (İK) məlumat yayıb.
Müəyyən olunduğu kimi, aprelin 1-də axşam saatlarında Leninqrad vilayətinin Sertolovo şəhərində 1,5 yaşlı uşaq atasının səhlənkarlığı ucbatından mənzildə olarkən 3-cü mərtəbənin pəncərəsindən yıxılıb. Nəticədə uşaq hadisə yerində ölüb.
Kişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi ("Ehtiyatsızlıqdan ölümə səbəb olma") ilə ittiham olunur.
Cinayət işi üzrə kifayət qədər sübut toplanıb və buna görə də mahiyyəti üzrə baxılması üçün ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər