Bütün xəbərlər
London polisi Starmerin evində yanğın törətməkdə şübhəli bilinən dördüncü şəxsi saxlayıb
Tarix: 02-06-2025 21:02 | Bölmə: Dünya

Böyük Britaniyanın baş naziri Key Starmerin evinin yandırılması ilə bağlı dördüncü şübhəli şəxs saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.
Britaniya departamentinin məlumatına görə, həmin şəxs yanğın törətmək və həyatı təhlükə altına almaq üçün sui-qəsddə şübhəli bilinərək saxlanılıb.
"48 yaşlı kişi bazar ertəsi, iyunun 2-də Londonun Stansted hava limanında saxlanılıb", - RİA Novosti London polisinin bəyanatından sitat gətirir.
Bu işdə əvvəllər üç şübhəli şəxs saxlanılıb, o cümlədən 21 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç, 26 yaşlı Rumıniya vətəndaşı Stanislav Karpyuk və 34 yaşlı Ukrayna vətəndaşı Petro Poçinok. Artıq onlara qarşı ittiham irəli sürülüb.
Mayın 12-də Böyük Britaniyanın baş naziri Keir Starmerin evində yanğın baş verib.Daha sonra London polisi ukraynalılar Roman Lavrinoviç və Petro Poçinok, həmçinin rumıniyalı Stanislav Karpyuku saxlayıb. “Financial Times” yazıb ki, Britaniya hakimiyyət orqanları yanğın törədənlərin Rusiya ilə əlaqəsini yoxlayır və ehtimal edir ki, Moskva onları işə götürüb.
Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın Rusiyaya qarşı şübhələrini əsassız və gülünc adlandırıb.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər