Bütün xəbərlər
İbrahim Kalın: "ABŞ-ın hərəkətləri Türkiyə ilə strateji münasibətləri ciddi şəkildə pozub"
Tarix: 29-07-2018 00:35 | Bölmə: Siyasət

                                              

ABŞ Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşsa, Türkiyə ilə münasibətlərini xilas edə bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın "Daily Sabah" qəzetində yazıb.
"ABŞ administrasiyasının təhlükəsizliyin təmin edilməsi baxımından Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşacağı şərtilə münasibətləri xilas etmək və yeni səviyyəyə çıxarmaq mümkündür. Türkiyə NATO-dakı müttəfiqinin hərəkətlərinin həm respublika daxilində həm də onun hüdudlarından kənarda milli təhlükəsizliyini təhdid etməsini nəzərə almaya bilməz. 
Bəlkə də ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərini saxlamaq istəyir. Şübhəsiz, əgər bu münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf etsə, belə yanaşma effektiv olacaq. Amma Türkiyənin ünvanına təhlükə nəticə verməyəcək, yalnız ikitərəfli münasibətlərə ziyan vuracaq" – deyə Ərdoğanın nümayəndəsi qeyd edib.
Kalin həmçinin xatırladıb ki, son illər Birləşmiş Ştatların hərəkətləri Türkiyə ilə strateji münasibətləri ciddi şəkildə pozub.


Baxış sayı: 663


Bölməyə aid digər xəbərlər