14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Politoloq: Paşinyanın iddiaları sərsəm fikirlərdən başqa bir şey deyil
Tarix: 27-07-2018 16:11 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyanın "Exo Moskvı" radiosuna müsahibəsində səsləndirdiyi fikirlər qeyri-obyektiv və gülüncdür.
Bunu Trend-ə politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib.
N.Paşinyan müsahibədə həmçinin bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) guya SSRİ qanununa əsasən Azərbaycanın tərkibindən çıxıb.
F.Sadıxov qeyd edib ki, N.Paşinyan bu məsələdə də böyük səhvə yol verir:
"DQMV SSRİ vaxtında sovet qanunu ilə Azərbaycan SSR-in tərkibindən çıxmaq hüququna malik deyildi. Ümumiyyətlə, belə bir hüquqa ittifaq respublikalarının tərkibində heç bir muxtar vilayət sahib deyildi. O ki qaldı bir neçə nəfərdən ibarət vilayət şurası əsrlərlə Dağlıq Qarabağda yaşamış xeyli sayda azərbaycanlının rəyini nəzərə almadan Azərbaycanın tərkibindən çıxmağa səs versin".
Politoloq vurğulayıb ki, Paşinyanın azərbaycanlıların Ermənistanda heç bir zorakılığa məruz qalmadığını iddia etməsi növbəti sarsaqlıqdır:
"Axı onlarla qətlə yetirilmiş, yaralanmış, şikəst edilmiş azərbaycanlı vardı. 250 min insan öz tarixi torpaqlarından - indiki Ermənistan ərazisindən qovuldu. Bir sözlə, bu o qədər sərsəm iddiadır ki, şərh etməyə dəyməz".



Baxış sayı: 723


Bölməyə aid digər xəbərlər